Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
TÜRK DÜNYASI

Əskişəhərdə “Azərbaycan Mədəniyyət Evi” açıla bilər

<font color=red><b>Əskişəhərdə “Azərbaycan Mədəniyyət Evi” açıla bilər</b></font>

Əskişəhər Azərbaycanlılar Dərnəyinin idarə heyəti Əskişəhər valisi Güngör Azim Tunayı ziyarət ediblər

BayMedia xəbər verir ki, görüşdə dərnək sədri uzm. Cavid Aydın idarə heyətinin üzvlərini valiyə təqdim edib. Daha sonra görülən işlərdən danışan dərnək sədri, bu işlərdəki uğurlu addımlarına görə, valiyə idarə heyətinin üzvləri adından minnətdarlığını çatdırıb.
Görüşdə Əskişəhər və Gəncə şəhərinin qardaşlaşması və bu yolda görüləcək işlərdən danışan dərnək sədri Cavid Aydın Əskişəhəri Azərbaycan sakinlərinə yaxından tanıdılması, xüsusilə, ”Bir millət,iki dövlət” siyasətini doğru şəkildə təqdim edilməsi istiqamətində görüləcək layihələrdən danışıb.
Bu lahiyələrin 2013 Əskişəhərin Türk Dünyası Mədəniyyət paytaxtı olması səbəbi ilə daha vacib məsələ olduğunu və bu lahiyələrə valilikdən dəstək gözlədiklərini vurğulayıb. Vali isə çıxışında görüləcək işlərdə, bu məsələlərə dəstək veriləcəyini xüsusən qeyd edib. Ayrıca görüşdə daha əvvəl Azərbaycan və Türkiyə mediasındakı xəbərlərdə yer alan Əskişəhər “Azərbaycan Mədəniyyət Evi” nin yaradılmasının dərnək üçün vacib məsələ olduğunu dilə gətirən sədr, bu məsələdə validən yardım istəyib. Vali belə bir evin yaradılması və dərnəyin istifadəsinə verilməsi üçün, bir layihə hazırlanmasını və Türk Dünyası Mədəniyyət paytaxtı lahiyələri çərçivəsində qiymətləndiriləcəyini bildirib.
Sonda valiyə dərnək nişanı, Azərbaycanın paytaxtı Bakının təsviri olan bir suvenir və dərnəyin idarə heyətinin üzvü Prof. Dr. Tamella Əliyevanın tərcümə etdiyi kitablar hədiyyə edilib. Xatirə şəkili olaraq, dərnəyin idarə heyətinin üzvləri vali ilə şəkil çəkdiriblər.

Elnur Eltürk









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv