Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
HADİSƏ

Həmrəylik yaradan “Təmiz Binəqədi”

<font color=red><b>Həmrəylik yaradan “Təmiz Binəqədi”</b></font>

Ölkəmizin hər tərəfində olduğu kimi Binəqədi rayonunda inkişaf gedir. Son vaxtlar bir sıra irimiqyaslı layihələrə ev sahibliyi etmiş rayonda möhtəşəm bir layihə icra olunur. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 2014-cü il tarixli Sərəncamına əsasən, I Avropa Oyunlarına hazırlıq məqsədilə 1 iyul 2014-cü il tarixindən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonunda “Təmiz Binəqədi” layihəsi həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.
Layihənin həyata keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. Sərəncama əsasən tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Həyata keçirilən işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə genişdir. Ötən aylar ərzində layihə çərçivəsində rayonun bütün ərazilərində bu istiqamətdə çoxsaylı aksiyalar keçirilib. Əhali arasında maariflənmə aksiyaları, müsabiqələr təşkil olunur, yeni parklar açılır, sosial çarxlar hazırlanır. Eyni zamanda ticarət və məişət obyektlərində, istirahət və mədəniyyət parklarında, iri sənaye müəssisələrində görüşlər keçirilir.
“Rayonumuzun təmizlənməsində “Təmiz Binəqədi” layihəsinin əhəmiyyətli rolu var”

Layihənin açılışı iyul ayının 5-də rayonun 9-cu mikrorayon Adil Əliyev küçəsində baş tutub. Layihə rayon sakinləri arasında da xeyli marağa və diqqətə səbəb olub. Ötən müddət ərzində Layihə çərçivəsində görülən işlərlə bağlı sakinlərin fikirlərin öyrənmək məqsədi ilə mikrorayonda sakinlərlə söhbətləşdik. Rayon sakini Loğman Məmmədov görülən işlərdən razılıq edir: “Binəqədi rayon sakini kimi rayonumuzda aparılan abadlıq və quruculuq işlərindən çox razıyam. Aparılan bu işlərlə yanaşı çox müsbət bir layihə saydığım “Təmiz Binəqədi” layihəsi də bizim rayonda həyata keçirilir. Layihənin rayonun təmizlənməsində əhəmiyyətli rolu var. Dövlətimizin vətəndaşlarına göstərdiyi bu qayğı və diqqətdən çox razıyıq və bu işlərə görə cənab Prezidentə öz təşəkkürümüzü bildiririk”.
Rayonda aparılan abadlıq quruculuq işlərindən ağızdolusu danışan Səyyad Qurbanov dedi ki, son illər rayonda aparılan quruculuq və abadlıq işləri bir Azərbaycan vətəndaşı kimi onda qürur hissi doğurur: “Ölkə başçımız İlham Əliyevin dəfələrlə rayonumuza gəlişi bir daha sübut edir ki, dövlətimiz öz vətandaşlarının qayğısına qalır, onlarla yaxından maraqlanır. Təkcə son vaxtlar məhəllədaxili yolların təmiri, illərdən bəri bərbad vəziyyətdə olan həyətlərin bərpası və yeni asfalt örtüyünün salınması hamımızın böyük sevincinə səbəb olub. Müraciətlərə əməli işlə cavab verilməsi bizə dövlət səviyyəsində göstərilən hədsiz diqqət və qayğının bariz nümunəsidir. Rayonumuzda küçə və prospektlərinin, park və meydanlarının yenidən tikilməsi, əhalinin mədəni istirahətinin təşkili məqsədi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlaşdırma işləri çox qürurvericidir”.

Binəqədidə abadlıq-quruculuq ətraf qəsəbələri də əhatə edir

Qeyd edək ki, layihə çərçivəsində Binəqədi rayonu ərazisində abadlıq-quruculuq və yenidənqurma işləri da aparılır. Binəqədi rayonunda geniş vüsət almış abadlıq-quruculuq işləri təkcə mərkəzi küçə və prospektləri deyil, ətraf qəsəbələri də əhatə edir. Təkcə ötən ilin dekabr ayının statistikasına nəzər yetirsək, Binəqədi rayonunda görülən abadlıq işlərinin əhatəsinin nə qədər geniş olduğunu görərik. Binəqədi RİH-dən aldığımız məlumata görə 2014-cü ilin dekabr ayında rayon ərazisində 323 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 73 p/m su xətti dəyişdirilib, 874 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 7290 p/m kanalizasiya xətti təmizlənib. Binəqədi QİS ərazisində 6706 p/m qaz xətti çəkilib, 1443 ədəd smart kart tipli sayğac quraşdırılıb. 6-cı mikrorayonda yaşayış binalarının istilik xəttində təmir işləri aparılıb. 7 və 8-ci mikrorayonlarda, Z.Bünyadov, Azadlıq prospektlərində, C.Hacıbəyli, Naxçıvani küçələrində binaların istilik xəttində 126 metr boru dəyişdirilib. 271 saylı qazanxana üzrə 105 mənzil istiliklə təmin olunub, Natəvan küçəsi 4 və 7 saylı binaların aşağı paylama sistemlərində sızmalar aradan qaldırılıb. 3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb. Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon. N.Məmmədov küçəsində, H.Əliyev parkında, Z.Əliyeva adına parkda, F.Hümbətov adına parkda, R.Aboyev adına parkda, Azadlıq prospekti metrosunun üstündə, Dərnəgül metrosuna yaxın ərazidə ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.
“Ümumrespublika yaşıllaşdırma” marafonu və “Təmiz Binəqədi” layihələri çərçivəsində rayonun 28 may qəsəbəsində ay ərzində iki ağacəkmə aksiyası keçirilib, ümumilikdə 650 ağac əkilib.
Atatürk prospektində yerləşən Ayna Sultanova parkının ən müasir standartlara uyğun olaraq yenidən qurulmasına başlanılıb. Həmçinin Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsin də abadlıq-quruculuq işləri həyata keçirilir.

“Təmiz Binəqədi” layihəsinə sadə Binəqədi sakinləri belə, qoşulurlar

“Təmiz Binəqədi” layihəsi çərçivəsində rayonun 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi də yaxından iştirak edir. Nümayəndəliyin rəhbəri Aytac Əliyevanın verdiyi məlumata görə nümayəndəlik “Təmiz Binəqədi” layihəsi çərçivəsində fəaliyyətini mövcud iş planına uyğun şəkildə qurub, müxtəlif təklif və tədbirlərlə çıxış edib. Bu məqsədlə nümayəndəlikdə “Təmiz Binəqədi” layihəsinin icrası istiqamətində tədbirlər planının işlənib hazırlanıb: “Nümayəndəliyimiz ötən dövr ərzində “Təmiz Binəqədi” layihəsinin icrası ilə əlaqədar olaraq, bir çox layihələr, təmizlik aksiyaları, həmçinin sakinlərlə kütləvi aksiyalar təşkil edib, “Qapıdan qapıya” prinsipi ilə sakinlərlə yerlərdə görüşlər keçirib”.
A.Əliyevanın sözlərinə görə nümayəndəliyin inzibati ərazisinə daxil olan 79, 92, 95 və 108 saylı MKİS-lərin ərazisində 1 iyul tarixindən etibarən davamlı şəkildə təmizlik işləri aparılıb. Svetlana Məmmədova, Kazımovski, Keçid 1410 məhəllə 32/15, Üzeyir Hacıbəyov 2a, İlqar Cümşüdov, Cavadxan, Mir Cəlal, Adil Məmmədov, Həmzə Babaşov küçələrində, həmçinin “Qala Qapısı” və “Lalə” restoranları, “Sonalar sonası” şadlıq evi və “Zeytunluq”, 141 və 238 saylı uşaq bağçaları da daxil olmaqla göstərilən ünvanlarda kompleks təmizlik işləri aparılıb.
Layihə çərçivəsində 79,46, 92 ,125, 95 ,40 və 108 saylı MKİS üzrə 36 məişət tullantıları konteyneri rənglənib və üzərlərinə “Təmiz Binəqədi” loqoları vurulub. Cavadxan 5 ünvanında, həmçinin Adil Məmmədov 69 ünvanında kooperativ tipli yaşayış evləri olmasına baxmayaraq, sakinlərin istəklərinə əsasən, müasir tipli məişət tullantıları meydançasının tikintisinə başlanılıb.
“Təmiz Binəqədi”, həm də həmrəylik, yaşıllıq, birlik deməkdir. Məhz bundan irəli gələrək, layihə çərçivəsində bir çox aksiyalar, eləcə də humanitar aksiyalar təşkil edilib. Təmizlik insan həyatı üçün ən vacib olan şərtdir. Ona görədir ki, “Təmiz Binəqədi” layihəsinə təkcə ictimai fəallar deyil, sadə Binəqədi sakinləri belə, qoşulurlar. İnsanın daimi təmizliyə ehtiyacı var deyə, “Təmiz Binəqədi” layihəsi müəyyən müddət üçün deyil, daimi olaraq davam etdirilmək məqsədi ilə keçirilir.

Elnur Eltürk
“Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa Oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv