Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Avropada Qarabağ həqiqətləri

<b>Avropada Qarabağ həqiqətləri</b>

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təmsilçiləri avropalı həmkarlarını məlumatlandırıblar



Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Belçika, Almaniya və Lüksemburqda Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmış Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili” layihəsi çərçivəsində 27 iyun-10 iyul 2016-cı il tarixlərində Belçika Krallığının Brüssel, Almaniyanın Dwsseldorf, Berlin və Lüksemburq Krallığının Lüksemburq şəhərlərində gənc alimlər, tədqiqatçılar arasında maarifləndirmə işləri həyata keçirmiş, prezentasiyalar, sərgilər təşkil olunub. Avropa ölkələrində gənc alimlər və gənc alimlər təşkilatları arasında Azərbaycan tolerantlıq, multikulturalizm modeli, eyni zamanda Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılmış və saxtaraşdırılmış tarixi-arxeoloji Qarabağ abidələri, toponimləri haqqında tarixi həqiqətlər təbliğ edilmişdir. Avropa Gənc Alim və tədqiqatçılar Şurasının dəstəyi ilə Belçika, Almaniya və Lüksemburqda təşkil olunmuş seminarlarda Belçikanın “Focus research”, Almaniyanın “THESIS”, Lüksemburqun “LuxDoc”, Avstriyanın “doktorat.at – ÖH Doktorat”, Xorvatiyanın “Mreža Mladih Znanstvenika – MLAZ”, Çex Respublikasının “Studentská komora Rady vysokých škol”, Finlandiyanın “Finnish Union of University Researchers and Teachers”, Fransanın “CJC Confédération des Jeunes Chercheurs”, Macarıstanın “The Association of Hungarian PhD and DLA Students (DOSZ)”, İtaliyanın “ADI- Associazione Dottorandi e Dottori di Ricerca Italiani”, Litvanın “Lithuanian Society of Young Researchers”, Hollandiyanın “PhD candidates Network of the Netherlands”, Polşanın “Krajowa Reprezentacja Doktorantów”, Norveçin “SiN”, Portuqaliyanın “ABIC – Associação dos Bolseiros de Investigação Científica”, Serbiyanın “Association of PhD candidates and young researchers of Serbia”, Slovakiyanın “Slovak PhD Students’ Association”, İsveçrənin “actionuni der Schweizer Mittelbau”, Ukraynanın “RMU – Young Scientists Council” təşkilatlarından və Avropanın müxtəlif Universitetlərindən gənc alimlər iştirak ediblər.
Layihənin kordinatoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədindən söhbət açıb. O, məruzəsi zamanı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib və artiq uzun illərdir ki multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi Qarabağ ərazilərində Azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.
Təqdimatlarda göstərilib ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli — 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi arayışına görə hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.
Seminarda LuxDoc təşkilatının rəhbəri, Luksemburq Universitetinin əməkdaşı Roman Decet, Belçikanın Focus Research təşkilatının rəhbəri Margaux Kressort, İtaliyadan gənc alim Fulvio Puzzi, Finlandiyadan Pirjo Pallanen və digər Avropalı gənc alimlər çıxışlar ediblər.
Avropalı gənc alimlərlə gələcək əməkdaşlığın detalları müzakirə olunub. Seminarların yekununda Lüksemburq universitetinde və, Ticarət Palatasının binasında sərgi təşkil olunub və iştirakçılara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ tarixi, azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları barədə nəşr olunmuş kitablar paylanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv