Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
QHT XƏBƏR

“GMO-lu məhsullar millətin genefondunu məhv edir”- Müzakirə

<b>“GMO-lu məhsullar millətin genefondunu məhv edir”- Müzakirə</b>

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında Müasir İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Genetik modifkasiya olunmuş (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili" layihəsinin təqdimatı keçirilib

Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü təmsil etdiyi təşkilatın Şuranın yardımı ilə həyata keçirdiyi layihələrdən və 11 il ərzində gördükləri işlərdən danışıb. O, GMO ilə bağlı layihənin əsas məqsədinin Azərbaycan əhalisinin müxtəlif təbəqələrini bu istiqamətdə maarifləndirmək olduğunu deyib. M.Göyüşlü aidiyyatı qurumları da bu işdə aktiv iştiraka səsləyib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin doktorantı Ramin Rzayev bildirib ki, Azərbaycan 2000-ci ildə Bioloji müxtəlifliyə dair BMT Konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn Biotəhlükəsizliyə dair Kartogen protokoluna qoşulub.

Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov GMO-nun ziyanlı təsirindən söz açıb. O, Azərbaycan ictimaiyyətini bu işdə səfərbərliyə səsləyib. R.Mahmudov mövzunu daim gündəmdə saxlamağın vacib olduğunu açıqlayıb. AMEA-nın əməkdaşı, sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu məhsulların zərərindən qaçmaq üçün elmə əsaslanmış təminatlı fəaliyyət proqramı olmalıdır. O, bu istiqamətdə hər kəsi birgə fəaliyyətə səsləyərək əlindən gələn dəstəyi verməyə hazır olduğunu bildirib. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova mövzunun kifayət qədər aktual olduğunu, ictimaiyyətin səfərbər olunmasını vacib məqam kimi qeyd etdi. O, GMO məhsullarının cəmiyyətin həyatında, sağlamlığında böyük fəsadlar törətməsini vurğulayıb. AMEA Mərkəzi Elmi Kitabxanasının ictimai səhiyyə bölməsinin rəhbəri Gülruba Aslanova GMO problemi ilə bağlı fikirlərini bölüşdü və bu təhlükənin önlənməsi üçün dövlət qurumları ilə birgə çalışmağın zəruri olduğunu qeyd etdi. "Cümhuriyət" qəzetinin redaktoru Elman Cəfərli GMO-lu məhsullarla bağlı geniş maarifləndirmə tədbirlərinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələdə QHT-lərin, medianın üzərinə böyük məsulliyyət düşür: "90-cı illərdə sahə jurnalistikası, mediada ixtisaslaşma var idi. KİV-lərdə ayrı-ayrı sahələr üzrə ekspertlər, ixtisaslaşmış jurnalistlər fəalliyyət göstərirdi. İqtisadi böhranla əlaqədar hazırda qəzet və saytlarda araşdırma yazılarına o qədər də yer verilmir". GMO-lu məhsulların gələcəyimizi, millətin genefondunu məhv etdiyini vurğulayan E.Cəfərli bildirib ki, bu məsələ ümummilli problem olduğu üçün bununla bağlı maarifləndirmə işini hər kəs aparmalıdır. Gənc araşdırmaçı Nuran Gündüzoğlu insanların süni şəkildə ömürlərinin uzadılmasıyla bağlı yayılan informasiyaların GMO məhsullarla bağlı qorxu və narahatlıq hisslərinin aradan götürülməsinə hesablandığını bildirib. Sonda M.Göyüşlü daha bir neçə məlumatlandırma tədbirlərinin keçiriləcəyini və yekunda bu mövzuya həsr olunmuş kitab çap ediləcəyini açıqlayaraq, hər kəsi bu işdə aktiş iştiraka səsləyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv