Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin veb səhifəsi təqdim olunub

<b>Ədliyyə Nazirliyi yanında İctimai Komitənin veb səhifəsi təqdim olunub</b>

Veb səhifə "www.publiccommittee-az.org" ünvanında yerləşir

Bu gün Ədliyyə Nazirliyi yanında İctimai Komitənin veb səhifəsinin təqdimatı keçirilib.
Veb səhifə "www.publiccommittee-az.org" ünvanında yerləşir. Tədbirdə bildirilib ki, veb səhifə Avrasiya Əməkdaşlıq Fondunun ayırdığı qrant vəsaiti üzrə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "Cəzaçəkmə müəssisələrində cəza çəkən və həssas qrupa daxil olan məhkumların sosial problemlərinin həllinə yönələn ictimai vəkillik" layihəsinin icrası dövründə yaradılıb.
Tədbirdə qeyd olunub ki, bu il mart-iyun tarixlərində Penitensiar Xidmətin 10 cəzaçəkmə müəssisəsində monitorinqlər həyata keçirilib və hesabat hazırlanıb. Layihənin icrası dövründə 10 cəzaçəkmə müəssisəsində 80 nəfərə qədər məhkuma hüquqi yardım göstərilib. Bəzi məhkumlara uzun müddətli yardım lazım olduğu üçün onlarla bağlı yardım prosesi davam edir.
Bildirilib ki, məhkumlar əsasən vaxtından əvvəl şərti azadlığa buraxılma, protezlərin yenilənməsi, ailələri üçün sosial müavinətlərlə, əlilliyin verilməsi, müalicə və diaqnostika ilə bağlı müraciətlər edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv