Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

ADİİM vətənpərvərliklə bağlı tədbir keçirib

<b>ADİİM vətənpərvərliklə bağlı tədbir keçirib</b>

Tədbirdə QHT rəhbərləri, politoloq, media nümayəndələri və ictimai fəllar iştirak edib

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində ilk tədbirini keçirib.
Tədbirdə QHT rəhbərləri, politoloq, media nümayəndələri və ictimai fəllar iştirak edib.
Tədbiri açan ADİİM sədri Cavid Şahverdiyev layihə barədə qısa məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi ölkəmizdə yaşayan azsaylı xalq, milli azllıq və etnik qrupların vətənə, xalqa və dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə yardım, bu istiqamətdə onların maarifləndirməsinə kömək etməkdir.
Ekspert, AMEA-nın Folklar İnstitutunun elmi əməkdaşı Elçin İmaməliyev isə çıxışında vurğulayıb ki, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi önə keçmiş olur.
Politoloq Mirsamir Məmmədov, NəzərMedia xəbər portalının rəhbəri Nəzərbəy Hacıağayev, Radio6-nın redaktoru Almaz Bədəlova, fəlsəfə doktoru, ilahiyyatçı Rəşad Məmmədov, İlhaiyyat üzre Fəlsəfə dokroru Əli Rzazadə, Bakı Dövlət Universitetinin elmi işçisi İradə Əlili, Avrasiya.net-in müxbiri Vüsalə Rüfət, Qlobal Dünya və Müasir Azərbaycan İctimai Birliyinin təsisçisi Səbinə Babalı, akademik Qüdrət İsaqov və başqaları mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Onlar ADİİM tərəfindən həyata keçirilən bu layihəni dəstəklədiklərini və daima diqqətdə saxlanılmasının vacibliyini qeyd ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv