Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Uşaqlara vətənpərvərlik ruhu aşılandı - Siyəzəndə

<b>Uşaqlara vətənpərvərlik ruhu aşılandı - Siyəzəndə</b>

Tədbir layihənin planına uyğun olaraq 14 sentyabrda adıçəkilən rayonun 2 saylı Uşaq Bağçasında keçirilib

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Siyəzən rayonunda keçirib.
Tədbir layihənin planına uyğun olaraq 14 sentyabrda adıçəkilən rayonun 2 saylı Uşaq Bağçasında keçirilib.
Tədbiri açan ADİİM sədri Cavid Şahverdiyev layihə barədə qısa məlumat verib. O, bildirib ki, Vətən üçün gözümüzü belə qırpmadan ölümə getməyə hər an, hər dəqiqə hazır olmağı da uşaqlara öyrətmək lazımdır. Amma burada uşaqlara qəhrəmancasına ölümün nə olduğunu savadlı, şüurlu şəkildə başa salmaq lazımdır ki, “ucuz qəhrəmanlıqlar” etməsinlər. Biz uşaqlarımıza başa salmalıyıq ki, vətənə xidmət yalnız cəbhədə olmur. Savadlı bir həkim, mühəndis və ya siyasətçi olmaq və vətən uğrunda işlər görmək, arxa cəbhədə vətən üçün çalışmaq da vətənpərvərlikdir. Vətən olmadan bir millətin ayaqda dayanması mümkün deyil. Bir millətin var olması, həyatını davam etdirə bilməsi ancaq vətəninə sahib olmasıyla mümkündür.
Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır.
Ona görə də tədbirlərimizin uşaq bağçaları və məktəblərdə həyata keçirməyi, onları vətənpərvərlik hissini aşılayan təbliğat xarakterli məlumatlarla təmin etməyi düşünürük.
Layihənin eksperti AMEA-nın Folklor İnstitutunun elmi işçisi ekspert Elçin İmaməliyev isə çıxışında vurğulayıb ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır.
Daha sonra bağçanın müəllim-tərbiyəçiləri mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbirin sonunda bağça uşaqlarının vətənpərvərliklə bağlı mahnı və şeirləri dinlənilib.
Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin rəsmisi Aqil Abdulov, bağça müdirəsi Firəngiz Hacıyeva, müəllimə-tərbiyəçilər, bəzi uşaqların validetnləri də iştirak edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv