Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“Mülk” Assosiasiyası Qaraçuxur bələdiyyəsində növbəti treninq keçirib

<b>“Mülk” Assosiasiyası Qaraçuxur bələdiyyəsində növbəti treninq keçirib</b>

Qaraçuxur bələdiyyəsində Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mülk” Assosiasiyası tərəfindən “Mülkiyyətçilərin bələdiyyələrə vergi və əmlak ödəmələri, Azərbaycan Respublikasının qanunlarına dair, eləcə də əmlak vergilərinin hesablanması ilə bağlı maariflənmə işinin təşkili” layihəsi çərçivəsində seminar-treninq keçirilib

Suraxanı RİH-n dəstəyi, Qaraçuxur Bələdiyyəsinin təşkilatçılğı və sakinlərin iştirakı ilə keçirilən tədbirdə “Mülk” Assosiasiyasının prezidenti Dilarə Vəliyeva layihə haqqında geniş məlumat verib. O bildirib ki, əmlak vergisinin yığımıyla bağlı Azərbaycan qanunvericiliyindəvə digər hüquqi aktlarda öz əksini tapıb.
Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bu tədbirin həm özünüidarəetmə orqanlarının əməkdaşlarının və sakinlərinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bu mənada layihənin vacibliyini diqqətə çatdırıb.
Təlimçi-hüquqşünas Tərlan İsmayılov vergilərin ümumi məzmunu və qanunvericilikdə təsbiti və tətbiqi barədə danışıb. O bildirib ki, əmlak vergisi bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Əmlak vergisinin toplanması üçün ilk növbədə vətəndaş tərəfindən mülkiyyətə dair sənədlər toplanmalı və bələdiyyədən qeydiyyatdan keçirilməlidir. Bir sıra hallarda vətəndaşlara bu məqamı dedikdə, əmlak vergisi ilə niyə ödəmələri ilə bağlı suallar verir. Aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq, vətəndaş bilməlidir ki, onun ödədiyi vergi hesabına yaşadığı ərazidə abadlaşdırma və digər işlər həyata keçirilir.
Əmlak vergisinin hesablanması və toplanması ilə bağlı əvvəllər problemlər olub. Lakin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu məsələ birdəfəlik aradan qalxıb”.
T.İsmayılov əmlak vergisinin blədiyyələr hesablanması və toplanması ilə bağlı qaydalara toxunub: “İlk olaraq, onu qeyd edim ki, avqustun birinədək tədiyyə bildirişləri vətəndaşlara paylanılmalıdır. Əgər vətəndaş əmlak vergisini ödəmirsə, noyabırın 15-dən sonra son xəbərdarlıq edilir. Daha sonra ödənilməyən əmlak vergisi ilə bağlı vətəndaşın iştirakı ilə aktlaşdırma aparılır. Vətəndaşın aktı təsdiqləməsi və imtina etməsindən asılı olamayaraq, bələdiyyədə iclas keçirilir və məhkəməyə müraciət olunması bağlı qərar qəbul edilir”.
Tədbirdə qeyd edilib ki, Qaraçuxur bələdiyyəsi ərazisində bir sıra hallarda vətəndaşlar əmlak və torpaq vergisini ödəməkdən imtina edir. Lakin mövcud qanunvericiliyə uyğun olaraq, sakinlərə bu vergilərin bələdiyyələrin inkişafına müsbət təsir göstərdiyini, eyni zamanda müəyyən problemlərin həllinə gətirib çıxaracağı ilə maarifləndirmə işləri aparılır.
Sonda tədbir iştirakçılarının sualların cavablandırılıb və onlara məlumatlandırıcı materiallar paylanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv