Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“Müasir dövrün erkən nikah problemi” – Bərdədə təlimlər

<b>“Müasir dövrün erkən nikah problemi” – Bərdədə təlimlər</b>

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyi “Müasir dövrün erkən nikah problemi” layihəsi ilə əlaqədar olaraq 03-08 oktyabr 2016-cı il tarixlərdə Bərdə şəhərində 6 günlük təlim keçirmişdir

Layihənin məqsədi – Bərdə şəhərində erkən nigah problemi və onun törətdiyi mənfi nəticələri barədə gənclərin məlumatlandırılması, çıxış yollarının tapılması üçün ictimai müzakirələrin aparılması, problemlərin həlli yollarını göstərən təlim seminarların təşkili, bu istiqamətdə hüquqi bilik və vərdişlərin artırılması üçün tədbirlərin həyata keçirilməsi idi. Tədbiri giriş sözü ilə açan “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin sədri Balakişiyeva Günel və təlimçi İsmayılova Nailə öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat vermiş və layihənin icrasına dəstək göstərdiyinə görə Fonda, tədbirin təşkilinə şərait yaratdığına görə isə Bərdə Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.
Təlimlərdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirələrə qatılan tədbir iştirakçıları erkən nikahların qarşısının alınması sahəsində bir sıra təkliflər irəli sürmüşlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv