Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı

<b>Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı</b>

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı” layihəsinin icrasına başlayıb

Hafta.az xəbər verir ki, ictimai birlikdən verilən məlumata görə, layihənin məqsədi insanların din pərdəsi ilə maskalanmış müxtəlif destruktiv qüvvələrin təsiri altına düşməsinə mane olmaq və icmalarda insanların bu sahədə bilgilərinin artırılmasına yardım etməkdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün layihə çərçivəsində yerlərdə icmaları fəallaşdırmağa yönəlmiş təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda layihə icrası zamanı hazırlanmış dini radikalizmin əks-təbliğinə, tolerantlığa yönəlik video-çarxların hazırlanıb icmalarda paylanması da nəzərdə tutulur.
Vətəndaşların icma fəallığını artırmaq üçün bələdiyyələrin də layihənin icrasına cəlb olunması nəzərdə tutulur. Layihənin Bakı şəhərinin Suraxanı və Şamaxı rayonlarında icra olunması nəzərdə tutulub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv