Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
QHT XƏBƏR

“Birlik və inkişaf modeli olan Azərbaycançılıq“

<font color=red><b>“Birlik və inkişaf modeli olan Azərbaycançılıq“</b></font>

Nizami rayonunda Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib



“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi “Birlik və inkişaf modeli olan Azərbaycançılıq” mövzusunda tədbirlərin təşkili adlı layihəsi ilə bağlı Nizami rayonunda tədbir keçirib.Tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon Ağsaqqalallar Şurasının sədri Mail Əliyev, rayon YAP Gənclər Təşkilatının sədri Ramil Vəlibəyli, rayon ziyalıları, gənclər və media nümayəndələri iştirak ediblər.
QHT sədri Rahilə Mehdiyeva bildirib ki, layihənin məqsədi tədris müəssisələrində, ictimaiyyət arasında Azərbaycançılıq ideologiyası ilə bağlı maarifləndirici təbliğat aparmaqdan ibarətdir: “Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsasları və bu ideologiyanın ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında oynadığı rolu təbliğ etmək mühüm əhəmiyyət daşıyır. Elə tədbiri keçirdiyimiz bu gün - 12 noyabr müstəqil Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gələn ilk Konstitusiyasının ümumxalq səsverməsi ilə qəbul olunduğu gündür. Azərbaycan xalqı dövlətlə cəmiyyətin konstitusion dəyərlərini dərk etdiyi kimi, onu da bilir ki, azərbaycançılıq məfkurəsi cəmiyyətdə möhkəmləndikcə, ölkəmiz daha da inkişaf edəcək”.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova öz çıxışında layihənin Nizami rayonunda həyata keçirilməsini yüksək qiymətləndirib və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirib. Gülnaz İsrafilova qeyd edib ki, Heydər Əliyev irsi olan azərbaycançılıq ideologiyasının əsaslarının daha dərindən öyrənilərək geniş təbliğ olunması, gənclərin bu ruhda böyüməsi, dövlətimizin inkişafı və möhkəmlənməsi baxımından böyük əhəmiyyəti kəsb edir. Tədirdə iştirak edən nümayəndələrdənYAP Gənclər Şurasının sədri Ramil Vəlibəyov, Qarabağ Müharibəsi veteranı Mərdan Şahıyev, Nizami Bələdiyiyəsinin nümayəndəsi Heydər Rəhimov və digərləri çıxış edərək Azərbaycançılıq ideologiyası əhəmiyyəti ilə bağlı öz fikirlərini bildiriblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv