Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

QHT vətənpərvərliklə bağlı tədbirini keçirib - Qusarda

<b>QHT vətənpərvərliklə bağlı tədbirini keçirib - Qusarda</b>

Sonda tədbir iştirakçılarına ADİİM tərəfindən çap edilən bukletlər palanılıb

Dünən Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Qusar rayonunda keçirib.
ADİİM sədri Cavid Şahverdiyev layihə barədə məlumat verərək qeyd edib ki, tədbirlərin təşkilində əsas məqsəd Azərbaycanda yaşayan azsaylı xalqlar arasında vətənpərvərliklə bağlı maarifləndirmə işini təşkil etməkdir: “Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda qətiyyətlə irəliləyən Azərbaycana günümüzdə məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edirdi. Heydər Əliyev dəfələrlə müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini qürur hissi ilə vurğulayıb: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var". Bu gün isə ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır”.

Daha sonra layihənin eksperti Ramin Mahmudov çıxış edib: “Artıq inkişaf etmiş ölkəmizdə gənc nəslin milli mənlik şüuru tələb edir ki, özünü azərbaycanlı adlandıran şəxs Azərbaycan xalqının sevincinə sevinsin, kədərinə şərik olsun, xalqı ilə qaynayıb qarışsın. "Mən azərbaycanlıyam" demək azdır. Azərbaycana məxsus olduğunu işdə, davranışda isbat etmək lazım gəlir. İdeya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindən biri məhz milli mənlik şüurunun gənc nəsildə formalaşmasına xidmət etməkdən ibarətdir”.
Sonda tədbir iştirakçılarına ADİİM tərəfindən çap edilən bukletlər palanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv