Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Qəbələ və Oğuzda gənclər üçün dini maarifləndirici seminarlar təşkil edilib

<b>Qəbələ və Oğuzda gənclər üçün dini maarifləndirici seminarlar təşkil edilib</b>

Ölkə Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi və s. haqqında geniş məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB tərəfindən "Gənclər arasında dini radikalizm təzahürlərinə qarşı maarifləndirici seminarlar" layihəsi çərçivəsində Oğuz və Qəbələ rayonlarında seminarlar təşkil edilib.
Layihənin məqsədi cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, gənclərin dini radikal və ekstremist qruplara cəlb olunmasının qarşısının alınmasına, gənclərin dini radikalizm və ekstremizmlə mübarizə ruhunda tərbiyə olunmasına, dini radikalizm və ekstremizm ideyalarının gənclərin dünyagörüşünə təhrif edici təsirinin və ciddi psixi anomaliyaların qarşısının alınmasına kömək etməkdən ibarətdir.
Seminarlarda layihənin aktuallığı, gənclərin bu sahədə məlumatlı olmasının əhəmiyyəti, dövlət-din münasibətləri, Azərbaycan respublikasının bu sahədə qanunvericiliyi, Konstitusiyada təsbit olunmuş dini etiqad azadlığı, respublikamızda dini tolerantlıq mühiti, o cümlədən multikultural dəyərlər, milli-mənəvi dəyərlər, ailə dəyərləri, dövlətimizin dini dəyərlərimizə göstərdiyi qayğı, ölkə Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi və s. haqqında geniş məlumat verilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv