Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Naftalanlı gənclər sağlamlıqla bağlı maarifləndiriliblər

<b>Naftalanlı gənclər sağlamlıqla bağlı maarifləndiriliblər</b>

Naftalan şəhərində "Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam gənclik-sağlam gələcək!” adlı layihə ilə bağlı tədbirini keçirib

Tədbiri Şəhər İcra Hakimiyyətinin əməkdaşı açaraq qonaqları öz şəhərlərində görməkdən qürur hissi duyduğunu vurğulayıb və layihənin əhəmiyyəti haqqında danışıb.
Sonra çıxış üçün söz birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Jalə Məmmədovaya verilib. O, 5 illiyini qeyd etməyə hazırlaşan Gənclər Fondunun məqsədi və dəstəklədiyi layihələr haqqında danışaraq gəncləri fondun layihələrində iştiraka dəvət edib.
Daha sonra ictimai birliyin sədri, layihə rəhbəri Elçin Manafov iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O bildirdi ki, hər işin başında sağlamlıq gəlir. Ulu öndərin "Sağlam bədəndə sağlam ruh olar!” kəlamını xatırladan E. Manafov gənclərə öz tövsiyələrini verib.
Daha sonra ekspert Samir Emioğlu gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat verib.
Tədbirdə RİH-nümayəndələri (təhsil şöbəsinin əməkdaşları), Yap GB-nin sədri Aynur Novruzova, Gənclər və İdman İdarəsinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər. Tədbir diskussiya və müzakirə şəraitində keçib. İştirakçılarını maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv