Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

QHT Şamaxıda multikultural dəyərləri müzakirə edib

<font color=red><b>QHT Şamaxıda multikultural dəyərləri müzakirə edib </b></font>

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı” layihəsi çərçivəsində Şamaxıda tədbir keçirib

Layihənin rəhbəri Asəf Quliyev layihənin məqsədi və görülən işlər barədə danışıb. O, mövcud ictimai-siyasi mühitdə din faktorunun əsas rol oynadığını və bəzən din amilindən sui-istifadə hallarının olduğunun deyib. Layihə rəhbəri radikalizmlə mübarizə məsələlərindən danışaraq, bələdiyyələrin və məhəllə komitələrinin bu sahədəki görə biləcəyi işləri diqqətə çatdırıb: “Qeyri-ənənəvi cərəyanlarla mübarizə üsullarından biri ictimai qınaqdır. Biz hər birimiz cəmiyyətdəki neqativ halları məhz ictimai qınaq vasitəsilə aradan qaldıra bilərik. Eyni zamanda ağsaqqallıq institunun bu məsələdə önə çıxması və gənclərin doğru yola gəlməsində rolu əvəzsizdir”. Layihənin koordinatoru Bəxtiyar Məmmədli qeyd edib ki, bu gün dünyada ekstremizm və radikalizm meyllərinin artması bir dövlət olaraq bizi bu sahəyə diqqət ayırmağa sövq edir. Onun sözlərinə görə, tarixən Azərbaycanda mövcud olan tolerant mühitə kənar mənfi müdaxilələr özünü göstərməkdədir: “Bələdiyyə ərazilərində fəaliyyət göstərən məhəllə komitələri ekstremiz və radikalizmlə mübarizədə rolu daha böyükdür. Çünki bu məhəllə komitələrinə yerlərdə sayılıb-seçilən insanlar daxildir və onların təsir imkanları daha genişdir”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Azərbaycanda həyata keçirilən dövlət-din siyasəti barədə danışıb. O, dini radikalizmlə mübarizədə dini maarifləndirmənin əhəmiyyətini vurğulayıb: “Radikalizmi doğuran başlıca səbəblərdən biri din haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. Dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara və qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə, ilk növbədə, dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir”. Qeyd edək ki, analoji tədbir Şamaxı rayonun Sabir qəsəbəsində də keçirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv