Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

QHT layihəni yekunlaşdırdı

<b>QHT layihəni yekunlaşdırdı</b>

Region Beynəlxalq Analitik Mərkəz İB-yi artıq bir neçə müddətdir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Beynəlxalq media və sosial şəbəkələrdə ingilis dilində materialların dərci və Azərbaycanın maraqlarının müdafiəsinə dair təşəbbüslər” adlı layihəsini sona çatdırdı

Layihənin əsas mahiyyəti Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq mətbuatda ingilis dilində məqalələrin dərc etdirilməsi, sosial şəbəkələrdə mövcud olan ingilisdilli, o cümlədən xarici təşkilatlar tərəfindən yaradılan və özündə on minlərlə istifadəçini birləşdirən Facebook qruplarında əvvəlcədən hazırlanmış ingilis dilində materialları paylaşmaq və müzakirələr təşkil etmək idi. Beləliklə layihə çərçivəsində bir neçə məqalə ingilis dilində dərc edilib, bir neçə tele-debat video-çəkilişləri hazırlanıb və ingilis dilində Facebook üzərindən statuslar və məqalələr dərc edilib və paylaşılıb. Layihə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan dövlətçiliyinin təbliği məqsədilə sosial şəbəkələrdə müzakirələrin təşkilini həyata keçirmişdir. Qeyd edək ki, "Beynəlxalq media və sosial şəbəkələrdə ingilis dilində materialların dərci və Azərbaycanın maraqlarının müdafiəsinə dair təşəbbüslər” adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv