Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“Azay Quliyevə qarşı qısqanclıq var”

<font color=red><b>“Azay Quliyevə qarşı qısqanclıq var” </b></font>

Niyaməddin Orduxanlı: “Millət vəkilinə qarşı ölkə daxilində qısqanclıq və maddi maraqlar müstəvisində aparılan çirkin kampaniya daha çox erməni diasporunun maraqlarına cavab verir”


BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı özünün facebook səhifəsində ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə bağlı status yazıb. Statusu olduğu kimi təqdim edirik: “ATƏT Parlament Assambleyasının vitse-prezidenti postuna millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin seçilməsi Azərbaycan xalqının uğurlarından biridir. Azərbaycan tarixində ilk dəfə bu uğura Azay Quliyev imza atıb. Belə bir vəziyyətdə təəssüf ki, bəzi “reket jurnalist”lərin internet saytlarında həm Azay Quliyevi, həm də QHT-lərə Dəstək Şurasını “hədəf” seçilir. Aparılan kampaniyadan açıq şəkildə hiss olunur ki, bu, birbaşa sifariş əsasında təşkil olunur. Azay Quliyevin beynəlxalq təşkilatlarla əməkdaşlqı sahəsində son illər qazandığı uğurlar və bu uğurların hesabına Azərbaycan dövlətinin və xalqının milli maraqlarını qoruması həm də erməni diasporunu və lobbisini də ciddi şəkildə narahat edir. Millət vəkilinə qarşı ölkə daxilində qısqanclıq və maddi maraqlar müstəvisində aparılan çirkin kampaniya daha çox erməni diasporunun maraqlarına cavab verir. Ölkədə fəaliyyət göstərən 5-ci kalonun nümayəndələri bu cür yazılardan məharətlə istifadə edirl və bu yazıları Azərbaycan milli maraqlarına hər zaman zərbə vuran bir sıra beynəlxalq təşkilatlara ötürürlər. Bu gün hər kəs şahiddir ki, Şura bir çox qurumlarla müqayisədə daha çox şəffaf fəaliyyət göstərir, çevikliyi ilə seçilir, milli və dövlət maraqlarını öndə tutur və əksər QHT-lər üçün əlçatandır. İl ərzində qalib gələn QHT-lərin siyahısına baxanda bəlli olur ki, QHT Dövlət Dəstəyi Şurası daha çox peşəkarlığa, mövzunun aktullağına, layihənin cəmiyyət və dövlət üçün verdiyi xeyirə önəm verir. Qalib QHT sədrlərinin müxalifəti müdafiə etmələri, iqtidarı dəstəkləmələri və ya müstəqil olmaları Şura üçün heç bir rol oynamır. Şura bu, məsələ də heç kəsə ayrı seçkilik qoymur. Siyasi mənsubiyyətindən aslı olmayaraq hər kəs uğurlu layihə ilə Şura tərəfindən dəstək qazana bilir. Bu, bir həqiqətdir. Azay Quliyevin ATƏT PA-da yüksək vəzifə tutmasına qisqanc münasibətin olması üzücüdür. Beynəlxalq məkanda irəliyə bir Azərbaycan övladı çıxırsa, onun daha da yüksək mövqeyə çıxaraq ölkəmizə fayda verməsini dəstəkləmək əvəzinə, ona necə mane olmaq istiqamətində addımlar atılmasının hansı yanlış düşüncədən qaynaqlandığını sezməmək olmur. Reket jurnaslitika ilə yanaşı, bir sıra şəxslər də bu məsələ də maraqlıdırlar. Bunu isə açıq şəkildə hiss etmək olur...”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv