Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Şəkidə dini radikalizmlə bağlı marifləndirmə seminarları həyata keçirilib

<b>Şəkidə dini radikalizmlə bağlı marifləndirmə seminarları həyata keçirilib </b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyi "Dini Radikalizmlə Mübarizədə Ənənəvi İslamın Rolu" adlı layihənin icrasına start verib

Layihə çərcivəsində ilk olaraq Şəki şəhərində marifləndirmə seminarları həyata keçirilib. Seminarlara orta məktəb şagirdləri, ali məktəblərdə təhsil alan gənclər və QHT-lərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Könüllü Gənclər” İctimai Birliyi ölkədə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısını almaq, milli-mənəvi dəyərlərin, eləcə də ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması məqsədiylə bu layihəni həyata keçirir.
Seminarlarda ilk olaraq Şəki şəhəri Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov çıxış edərək bu kimi tədbirlərin Şəki şəhərində keçirilməsinə görə “Könüllü Gənclər” İctimai Birliyinə öz təşəkkürünü bildirdi və onuda əlavə etdiki günümüzdə aktual olan bu cür mövzuların gənclərimizə çatdırılması vacibdir və maarifləndirmə işi dahada geniş müstəvidə həyata keçirilməlidir. Daha sonra İlahiyyatçı və araşdırmaçı Müşfiq Nəcəfov çıxış edərək İslam mədəniyyət tarixi, milli-mənəvi dəyərlərimiz, mənəvi saflıq , ailə dəyərlərimiz və valideyinlərə ehtiram, islamda əxlaqın yeri, doğruluq və səbr, islama görə vətən sevgisi, islamın digər dinlərə baxışı, radikalizm və ekstremizimin zərərləri haqqında yeniyetmə və gənclərə ətraflı məlumat verib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynəklər, bukletlər, bloknotlar və qələmlər təqdim olundu.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv