Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
QHT XƏBƏR

“Tariximiz - qan yaddaşımızdır!” - Azərbaycançılıq hisslərinin təşviq edilir

<b>“Tariximiz - qan yaddaşımızdır!” - Azərbaycançılıq hisslərinin təşviq edilir</b>

“Təhsilin İnnovativ İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximiz - qan yaddaşımızdır!” devizi altında uşaq və yeniyetmələrə azərbaycançılıq hisslərinin təşviqi” adlı layihəni həyata keçirir

Birliyin məlumatına görə, 06 dekabr 2016-cı il tarixindən başlayan və davam edən layihə Bakı şəhəri Nizami rayonunun 4 tam orta məktəbini (12, 129, 210 və 229 saylı tam orta məktəblər) əhatə edir və adıçəkilən layihənin iştirakçıları da həmin məktəblərin yuxarı sinif şagirdləridirlər. İnteraktiv xarakter daşıyan seminar-tədbirlər “Royal Hotel”in konfrans zalında təşkil olunub. Layihənin rəhbəri və ideya müəllifi Nailə İsmayılova layihə çərçivəsində keçirilən hər bir tədbiri Ulu Öndərimiz Heydər Əliyevin “ Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam ” kəlamı ilə açaraq məktəblilərə layihə haqqında məlumat verir və onlara azərbaycançılıq hisslərini təşviq edir. Onun sözlərinə görə layihə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sinifdənkənar bilgilər verməklə uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsindən bəhs edir. Təbii ki, bugünkü uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz dünyada özünəməxsus bir mövqeyə sahib olmuşdur. Azərbaycanın zəngin dövlətçilik tarixinin və mütərəqqi ənənlərinin bu gün də davam və inkişaf etdirilməsi dövlətimizə böyük uğurlar qazandırmışdır.
Dövlətçiliyimizin əbədi və dönməzliyinin bugünkü təminatı Azərbaycan xalqının iradəsidir, gələcək təminatı isə indi formalaşan uşaq, yeniyetmə və gənclərdir. Xüsusilə qeyd etmək lazımdır ki, layihənin əsas məqsədi tariximizin dövlətçilik ənənələrini və eyni zamanda müasir Azərbaycan dövlətçiliyini yeni nəslə daha dərindən öyrətmək və azərbaycançılıq ideologiyasını geniş təşviq etməkdir.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin məsul işçiləri, tarxçi Mürvət İbrahimov, Eldəniz Zeynalov və İsa Hüseynov çıxış edərək Azərbaycanın tarixi, mədəniyyətiyyətiylə bağlı uşaq və yeniyetmələrimizə geniş məlumatlar verdilər. Eyni zamanda onlara azərbaycançılıq ideologiyasının məntiqi mənasını izah etməyə çalışdılar. Eyni zamanda onlar müzakirələr zamanı iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Tariximizlə bağlı maraqlı söhbətlər iştirakçılar və qonaqlarla bərabər çay süfrəsi arxasında davam etdirilir. Hər bir tədbirdən sonra layihənin icra planına uyğun olaraq iştirakçıların Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil olunub. Uşaq və yeniyetmələrimizin tədbir və ekskursiya zamanı simalarındakı razılıq reaksiya onların məmnunluğunu ifadə edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv