Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“Sağlam gənclik-sağlam gələcək!” layihəsi uğurla yekunlaşıb

<b>“Sağlam gənclik-sağlam gələcək!” layihəsi uğurla yekunlaşıb</b>

17 dekabr 2016-cı il tarixində Bakı şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihəsini uğurla yekunlaşdırdı

Bununla bağlı keçirilən tədbiri birliyin sədri Elçin Manafov giriş sözü ilə açaraq iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib.
Daha sonra Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin müdiri Rüfət Şirinov və digər əməkdaşı Vəfadar Babayev gənclərə öz tövsiyələrini veriblər.
Həkim-kardioloq Dr. Azər Mustafayev gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat verib.
Tədbirdə universitet tələbələri iştirak ediblər. İştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv