Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Gənclər arasında sağlam həyat tərzi təbliğ olunub

<b>Gənclər arasında sağlam həyat tərzi təbliğ olunub</b>

Yanvarın 14-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib

Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbirdə “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihə çərçivəsində görülən işlərdən danışıb. R. Cürənov deyib ki, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycanda ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidaların - "fast-food" məhsullarının ticarəti sürətlə artmasını nəzərə alaraq, “Gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsinin həyata keçirilməsini zəruri sayıb. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri qeyd edib ki, fast-food sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir. Təəssüf ki, fast-food yeməkləri nəinki böyüklərin, hətta uşaqlarımızın da gündəlik və sevimli yeməklərinə çevrilib. Fast-food məhsullarındakı yağlar heyvan mənşəlidir, çoxunda doymuş yağ vardır. Bu da insanda ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır. Fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Eyni zamanda kolbasa və sosis məhsullarını insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz. Aparılmış araşdırmalar göstərir ki, hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur.
Yevlax rayonu Yuxarı Qarxun kənd tam orta məktəbinin Tərbiyə işləri üzrə direktor müavini Camal Bərxudarov “Gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində keçirilən maarifləndirici tədbirlərin sağlam şagirdlər üçün faydalı olduğunu, sağlam gəncliyimizin formalaşmasına bir töhfə olduğunu vurğulayıb.
Daha sonra şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.


photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv