Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Qaradağlı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvünlanıb

<b>Qaradağlı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvünlanıb</b>

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Qaradağlı soyqırımının 25-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Müraciətdə bildirilir ki, 2 oktyabr 1991-ci ildə Xocavənd rayonu erməni işğalçıları tərəfindən işğal olunsa da, heç bir silah-sursatı olmayan Qaradağlı kəndinin sakinləri 17 fevral 1992-ci ilə kimi müasir hərbi texnika ilə təhciz olunmuş düşmənə qarşı müqavimət göstərərək doğma kəndlərini qəhrəmanlıqla müdafiə ediblər. 1992-ci il fevral ayının 15-də erməni hərbi quldur birləşmələri, ermənilər yaşayan kəndlərin sakinləri, muzdlu döyüşçülər, Xankəndində yerləşən 366-cı motoatıcı alayın hərbçiləri 5 istiqamətdən kəndə hücuma keçiblər. Onların məqsədi yeganə gediş-gəliş yolu olan Qaradağlı kəndini zəbt etmək və azərbaycanlılarla Xankəndi arasındakı əlaqəni kəsmək idi. Qəhrəman Qaradağlı sakinləri azərbaycanlı qanına susamış, müasir tipli texnika ilə təchiz olunmuş erməni təcavüzkarlarının və onların havadarlarının hücumlarına 2 gün sinə gəriblər. Ağdama, Bakıya kömək üçün müraciət etsələr də, o vaxtki hakimiyyətin səriştəsizliyindən ölümlə üzbəüz duran qaradağlıların səsinə səs verən olmayıb.
Fevral ayının 17-də səhər tezdən kənd sakinlərinin sursatı tamamilə tükəndiyi üçün ermənilər istədiklərinə nail olub, Qaradağlı kəndini işğal ediblər.
İşğal günü kənddə 118 nəfər olub. Onların hər biri əsir və girov gtötürülüb. Əsir və girov götürülmüş şəxslərdən 66 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 52 nəfər isə qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq dəhşətli işgəncələrə və qeyri-imsani rəftara məruz qaldıqdan sonra azad ediliblər.
İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyaları ilə birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. 800 nəfər Qaradağlı sakini məcburi köçkün olub.
Qaradağlıda 43 ailə öz başçısını itirib, 140 uşaq yetim qalıb. 78 nəfər dinc sakin qətlə yetirilib, bu da kənd sakinlərinin hər 10 nəfərindən biri deməkdir. Onlardan 10-u qadın, 8-i isə asyaşlı olub. 6 nəfər isə itkin düşüb.
Qaradağlı faciəsi zamanı 9 nəfər – Axundov Hafiz Elmaz oğlu, Əliyev Vətən Əmirxan oğlu, Əliyev Zakir Kərəm oğlu, Əmrahov Nəsir Nurəddin oğlu, Vəliyev Füzuli Cavad oğlu, Hüseynov Əbülfət Mehman oğlu, Dadaşov Mikayıl İslam oğlu, Kərimov Firdovsi Azay oğlu, Mustafayev Malik İslam oğlu şahid ifadələrinə əsasən əsir götürülüb. Qarşı tərəf faktları inkar etdiyi üçün onları bu günə kimi qaytarmaq mümkün olmayıb.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi müraciəti Qaradağlı soyqırımı zamanı əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi məqsədi ilə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyan işğalçı Ermənistana təsir göstərmək üçün BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Komissiyasına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə göndərib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv