Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
QHT XƏBƏR

Oğuzda İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı tədbir keçirilib

<b>Oğuzda İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı tədbir keçirilib</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirlərə start verib

Birlikdən verilən məlumata görə “Yeni Üfüq” İctimai Birliyi "İslam Həmrəyliyi- Azərbaycan nümunəsi” adlı növbəti tədbirini Oğuz rayonunda keçirib. Rayonun təhsil idarəsində keçirilən tədbirdə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2017 -ci il “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir: “ Beynəlxalq idman tədbiri -İslam Həmrəyliyi Oyunlarının da bu il Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə də digər ölkələrin diqqətini Azərbaycana cəlb edəcək. Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi xalqımız üçün qürurvericidir: “İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali təcəssümü kimi təqdir olunmalıdır. Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Bu baxımdan Azərbaycan İslam həmrəyliyinin ənənəvi siyasətinin çox yaxşı modelidir. Ölkəmizdə bu həmrəylinin qorunması milli təhlükəsizliyimizin də mühafizə olunmasına ən gözəl töhfədir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki üzrə şöbəsinin müdiri Gündüz Paşayev, əməkdaşı Taleh Abdullayev, Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşı Ayza Ağayev, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və Oğuz şəhər Cümə məscidinin imamı Şövkət Cəlilov iştirak ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv