Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
QHT XƏBƏR

“İslam Həmrəyliyi - Azərbaycan nümunəsi”

<b>“İslam Həmrəyliyi - Azərbaycan nümunəsi”</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirləri uğurla davam etdirməkdədir. Birlikdən verilən məlumata görə, “Yeni Üfüq” növbəti tədbirini Sumqayıt şəhərində keçirib

Şəhərin Tarix və Diyarşünaslıq muzeyində keçirilən tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir: “Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır. Ölkəmizdə dini və milli dözümlülüyün qorunması Azərbaycan dövlətinin ən böyük uğurudur”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi hər bir ölkə vətəndaşı üçün çox sevindirici hadisədir: “Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Bu gün bütün dünyada Azərbaycan İslam həmrəyliyinin ənənəvi siyasətinin çox yaxşı modeli yaranmaqdadır. Unutmamalıyıq ki, ölkəmizdə İslam həmrəylinin qorunması milli təhlükəsizliyimizin də mühafizə olunması deməkdir”.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti nümayəndəsi Fərman Kazımov, DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, şöbənin aparıcı məsləhətçisi Ülvi Məmmədov, şəhərin ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv