Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“Bərabər hüquqlar, bərabər imkanlar”

<b>“Bərabər hüquqlar, bərabər imkanlar”</b>


“Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyi məişət zorakılığı ilə bağlı gənclərlə görüş keçirib

Dünən Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyi “Bərabər hüquqlar, bərabər imkanlar” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı gənclərlə görüş keçirib. Yeniçağ.az xəbər verir ki, tədbirdə çıxış edən təşkilatın icraçı direktoru Günel Səfərova bildirib ki, hər gün məişət zorakılığı ilə bağlı məlumatlar mediada yer alır. Onun sözlərinə görə, bu layihə çərçivəsində məişət zorakılığı çərçivəsində mülkiyyət hüquqları pozulan şəxslərə hüquqi yardımlar göstərilir:

“Əslində, bu layihə 2014-cü ildə təsdiqlənib, lakin biz onu 2017-ci ildə reallaşdıracağıq. Layihənin bir istiqaməti kimi gənclərlə maarifləndirici tədbirlərin keçirilməsidir”.

Millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, məişət zorakılığı təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir:

“Zorakılıq anlayışı, mütəmadi fiziki və mənəvi təzyiqləri özündə ehtiva edir. Bəzən ailə münasibətləri ilə bağlı ölüm hadisələri baş verir və deməzdim ki, belə halların hamısında zorakılıq faktı olur. Ölüm hadisəsi biranlıq da ola bilər. Təəssüf ki, biz ancaq mətbuatda gedən yazılar və məhkəmə proseslərindən məişət zorakılığının baş verdiyini öyrənirik. Amma regionlarda, xüsusilə ucqar rayonlarda bizim bilmədiyimiz daha çox zorakılıq halları baş verir. Yaxşı olardı ki, telekanallarımız müğənnilərə sərf etdikləri vaxtdan bir az da ailə münasibətləri ilə bağlı maarifləndirmə tədbirlərinə yer ayıraydılar”.

Milli Məclisin deputatı Jalə Əliyeva isə bildirdi ki, dünya yaranandan güclünün gücsüzə zorakılığı müşahidə olunub:

“Təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, kobud səslənsə də, bu gün də cəngəllik qanunları ilə gün keçirənlər var. Hətta dünyanın inkişaf etmiş ölkələrində belə məişət zorakılığı olur. Şərt deyil ki, kişi qadını döysün. Bu gün atalar var ki, qızını zorla kiməsə ərə verir. Bu mənada təəssüf edirəm ki, XIX əsrdə Cəlil Məmmədquluzadənin, Sabirin və digər ədiblərin qələm aldığı “adətlər” hazırda da davam edir. Düzdür, vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti kifayət qədər əhatəlidir, Milli Məclis tərəfindən qanunlar qəbul edilib. Lakin görünən odur ki, qanunların qəbulu, inzibati tədbirlər yetərli deyil. Zorakılıq həm də insanlarımızın öz hüquqlarını bilməməsi səbəbindən də baş verir”.
Politoloq, millət vəkili Elman Nəsirli də bildirdi ki, ailə məsələlərində çox ehtiyatlı davranmaq lazımdır:
“Çünki ailədaxili problemlər kənara çıxanda xoşagəlməz hallar baş verir. Ona görə də yaranmış problem maksimum dərəcədə ailə daxilində həll edilməlidir. Yox, əgər bu, mümkün olmursa, məsələnin hüquq çərçivəsində həlli daha arzuolunandır. Düşünürəm ki, hər bir halda insan özü situasiyanı qiymətləndirməli və ona görə qərar verməlidir”.

Tədbirdə millət vəkili Elşən Musayev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar.


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv