Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

İstanbulda Xocalıya Ədalət Həftəsi keçirilib

<b>İstanbulda Xocalıya Ədalət Həftəsi keçirilib</b>

"İslahatçı Gənclər” İctimai Birliyi (İGİB) Türkiyənin İstanbul şəhərində "Xocalıya Ədalət” həftəsi keçirib

Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlının sözlərinə görə, İGİB artıq beş ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət” beynəlxalq kampaniyasına qoşularaq İstanbulda anım tədbirləri təşkil edir. Onun sözlərinə görə, "Xocalıya Ədalət” həftəsinin keçirilməsində məqsəd Xocalı soyqrımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri qardaş ölkə ictimaiyyətinin diqqət mərkəzinə gətirməkdir. F.Şahbazlı qeyd edib ki, həftəlik çərçivəsində Marmara, Yeni Yüzyıl, İstanbul Mədəniyyət Universitetlərində anım proqramları təşkil edilib.
İstanbulda reallaşdırılan "Xocalıya Ədalət” həftəsində Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub. Milli Məclisin deputatları Elşən Musayev, Eldəniz Səlimov, Əməkdar artist Aybəniz Haşımova, QHT rəhbərləri Fəxrəddin Həsənzadə, Əhməd Şahidov universitetlərdə təşkil edilən konfranslarda çıxış edərək, Xocalı soyqrımının acı nəticələri və erməni vəhşiliyindən söz açıblar.
"Xocalıya Ədalət” həftəliyində Türkiyə tərəfindən Marmara Universitetinin prorektoru Receb Bozlağan, Yeni YüzYıl Universitetinin rektoru Yaşar Hacısalihoğlu, Mədəniyyət Universitetinin prorektoru Ahmet Cihan, NTV televiziyasının Xarici xəbərlər xidmətinin rəhbəri Ahmet Yeşiltepe, İGİB sədrinin müşaviri İsmayıl Hakkı Şener ve digər şəxslər çıxışlar edərək, Azərbaycan xalqının kədərini bölüşdüklərini, Xocalı soyqrımına dünya səviyyəsində hüquqi və siyasi qiymət verilməsi üçün bundan sonra da dəstəklərini əsirgəməyəcəklərini qeyd ediblər.
Həftəlik çərçivəsində keçirilən tədbirlərdə Əməkdar artist Aybəniz Haşımova və "Bülbüllər” qrupunun üzvləri tərəfindən vətənpərvərlik ruhunda musiqi kompazisiyaları təqdim edilib.
Həftəlik çərçivəsində təşkil edilən tədbirlər Türkiyənin TRT Haber və NTV televiziyaları tərəfindən işıqlandırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv