Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
QHT XƏBƏR

Bakıda “Biz sizi unutmadıq-5” adlı bayram aksiyası keçirilib

<b>Bakıda “Biz sizi unutmadıq-5” adlı bayram aksiyası keçirilib</b>

Martın 7-də səhər saat 6:00-dan başlayaraq “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın müxtəlif yerlərində “Biz sizi unutmadıq - 5” adlı aksiya keçirib

“Yeni Üfüq” İB-nin üzvləri Bakının ayrı-ayrı küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər.
Aksiyanın əsas məqsədi 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar anaları sevindirmək olub.
“Yeni Üfüq” İB-nin sədri Sevinc Əzimbəyli deyib ki, artıq 5 ildir 8 Mart bayramı öncəsi paytaxtda “Biz sizi unutmadıq” adlı aksiya keçirilir: “Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz qadınlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk, digər tərəfdən zəngin insanlarımıza bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rol oynayan analarımıza öz qayğılarını əsirgəməsinlər. Çox sevindirici haldır ki, bu il “Biz siziunutmadıq – 5a” adlı aksiyamıza dəstək olaraq, onlarla xeyirsevər gənclərimiz Bakıda fərdi şəkildə bu aksiyaya qoşulmaqla öz həmrəyliklərini bildiriblər”.
Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızıl güllər təqdim edilib.


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv