Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
MƏDƏNİYYƏT

Bu sənəti seçdiyim üçün peşmanam… – Rejissor

<b>Bu sənəti seçdiyim üçün peşmanam… – Rejissor</b>

Bu sənətə gəldiyim üçün peşmanam

Kult.az xəbər verir ki, bu sözləri rejissor-aktyor Nicat Kazımov sənəti haqda "Ömrün fəsilləri" verilişində danışarkən deyib. O, rejissor sənətini seçdiyi üçün çox peşman olduğunu bildirib:
"Sözün açığı, universitetə qəbul olmaq istəmirdim. O vaxt da tələbat çox idi. Bir yerə 10-dan çox adam sənəd verirdi. Ədəbiyyat imtahanı verməliydim, çünki verməsəm, atam başa düşəcəkdi ki, bilərəkdən yazmamışam. Bilirdi ki, ona hazırlaşmışam. Ədəbiyyat imtahanını verib 5 aldım. Ümid edirdim ki, riyaziyyat imtahanından kəsiləcəm. Əlimdən gələni elədim ki, kəsilim. Sualın birini yalandan yazdım, o biriləri yazmadım, amma qəbul oldum. Hərdən sənətə gəldiyim üçün peşmançılıq çəkirəm. Kaş gəlməyəydim. Rejissor kölgədə qalan bir işdir. Yaxşı nə varsa, aktyorların boynuna yazılır. Əgər bir balaca səhv olarsa, bu, rejissorun səhvidir. Təriflər aktyora, tənqidlər rejissora ünvanlanır. Məşq prosesində ailə yaranır. Bütün rejissorlar cinsiyyətindən asılı olmayaraq kişidir, aktyorlar isə cinsiyyətindən asılı olmayaraq qadındır. Ailəni kişi idarə edər. Son söz rejissorda olur həmişə".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv