Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
MEDİA

Fransalı jurnalist XİN-dən icazə istədi: Qarabağa səfər

<b>Fransalı jurnalist XİN-dən icazə istədi: Qarabağa səfər</b>

Fransadan olan sərbəst reportyor Roman Myelkarek (Romain Mielcarek) Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib

XİN-dən verilən məlumata görə, Roman Myelkarek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirib. O, gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib və xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş müvafiq anket formasini təqdim edib.
Roman Myelkarekin bu müraciətini, Azərbaycanın qanunlarına riayət və hörmət etməsini nəzərə alaraq, onun adı arzuolunmaz şəxslər siyahısına salınmayıb.
Qeyd edək ki, 3-7 mart 2017-ci il tarixində Roman Myelkarek Azərbaycanda olub, cəbhə bölgəsinə səfər edib, qaçqın və məcburi köçkünlərlə görüşüb, münaqişə ilə əlaqədar Azərbaycanın mövqeyi barədə məlumat alıb. 19-20 mart tarixlərində isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.
"Bu hal Azərbaycan tərəfinin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan, jurnalist etikasına və obyektivliyinə zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin birtərəfli təbliğatı ilə məşğul olmayan beynəlxalq media nümayəndələri, bloqer və ya sərbəst reportyorlarla konstruktiv əməkdaşlığının növbəti nümunəsidir", - deyə, XİN-dən bildirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv