Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

Hotellərin qiymətini tənzimləmək mümkün deyil - Nazir

<b>Hotellərin qiymətini tənzimləmək mümkün deyil - Nazir</b>

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ölkə hotellərinin xarici turizm şirkətlərinə otaq yerlərini daha ucuz, yerli turizm şirkətlərinə isə daha baha qiymətə satmasına münasibət bildirib

Ə.Qarayev Trend-ə verdiyi açıqlamasında bildirib ki, bunu tənzimləmək mümkün deyil, hər bir hotelin özünün qiymət siyasəti var.
Nazir yerli hotellərin otaq yerlərini xarici şirkətlərə ucuz verməsinin səbəbini xarici şirkətlərin hotellərə bron sifarişlərini daha tez etməsi ilə əlaqələndirib:
“Hər bir hotelin öz sistemi var. Hotellər qiymətləri korporativ təqdim edir. Qabaqcadan kim sifariş edirsə, onun üçün qiymətlər daha ucuz olur. Xaricdən sifariş olunan yerlər vaxt müddətinə görə daha tez olduğuna görə onlar bu yerləri daha əlverişli qiymətlərə alırlar. Hər bir müəssisə, hər bir hotel öz işini qabaqcadan planlaşdırmaq istəyir və ona görə də şirkətlərə imtiyazlar verir. Sifarişlər tez edilərsə, bu imtiyaz yerli şirkətlərə də verilə bilər”.
Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirmişdi ki, Azərbaycandakı hotellər yerli turizm şirkətləri ilə müqayisədə xarici şirkətlərə (onlara göndərilən turist sayına görə) öz otaq yerlərini çox ucuz qiymətə təklif edirlər: “Azərbaycanın turizm şirkətləri hotellərdən ucuz qiymətə yer ala bilmirlər və onlar xarici şirkətlərlə rəqabətdə uduzurlar. Bütün bunların nəticəsi olaraq, Azərbaycana səfərlər üçün xarici şirkətlərin təqdim etdiyi paketlərin qiymətləri Azərbaycan şirkətlərinin təqdim etdiyi paketlərin qiymətlərindən ucuz olur".
AzTA rəsmisi hesab edir ki, hotellər yerli turizm şirkətlərinin marağını müdafiə etməlidirlər: “Əgər hotel yerləri Azərbaycanın turizm şirkətlərinə ucuz verilərsə, onda xarici turistlər də bizim özümüzün turizm şirkətlərindən turpaket almağa məcbur olacaqlar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv