Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
MƏDƏNİYYƏT

Daha bir türk dövləti latın əlifbasına keçir

<b>Daha bir türk dövləti latın əlifbasına keçir</b>

Qırğızıstan təcili şəkildə kiril əlifbasından istifadəni dayandırıb, latın əlifbasından istifadə etməyə başlamalıdır

Kult.az xəbər verir ki, bunu Qırğızıstan parlamentində çıxışı zamanı deputat Kanıbek İmanəliyev söyləyib.
“Kiril bizim intelellektual irsimiz deyil. Sözsüz ki, bundan da istifadə edəcəyik, lakin istənilən halda latın əlifbasına keçməliyik. Bu, zamanın tələbidir. Latın qrafikasına keçmək üçün həm də böyük vəsait lazımdır və hələlik bu bizdə yoxdur. Lakin nə vaxtsa biz də latın əlifbasına keçməli olacağıq və buna indidən hazırlaşmaq lazımdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan çoxdan tam olaraq latın əlifbasına keçib. Türkmənistan və Özbəkistanda bu proses başa çatmasa da, artıq dərsliklər, bəzi kitablar latın əlifbası ilə çap edilir. Aprelin 12-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın əlifbasına keçidlə bağlı hökumətə tapşırıq verib və bu proses 2025 ildə başa çatmalıdır.
Qeyd edək ki, Qırğızıstan 1940-cı ilə qədər latın əlifbasından istifadə edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv