Son xəbərlər
22 SENTYABR
21 SENTYABR
20 SENTYABR
QHT XƏBƏR

Seyid Camal: “Dini dəyərlərimizin təəssübkeşi dövlət başçısının özüdür“

<b>Seyid Camal: “Dini dəyərlərimizin təəssübkeşi dövlət başçısının özüdür“</b>

“Prezidentin məscidin sökülməsinə reaksiya verməsi hər bir inanclı ölkə vətəndaşı üçün qürurvericidir”

Bunu BayMedia.az-a tanınmış şərqşünas Seyid Camal Əzimbəyli deyib.
Şərqşünas bildirib ki, bir neçə gün əvvəl Yasamal rayon ərazisində “Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı inanclı adamların narazılığına ölkə başçısının dərhal reaksiya verməsi və xüsusi komissiya yaradılması ilə bağlı göstərişi alqışlanacaq bir adımdır: “Azərbaycanda din-dövlət münasibətlərinin möhkəmlənməsi yolunda mübarizə aparan ziyalı kimi demək istəyirəm ki, ölkədə dini, irqi, mədəni dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti və dövlət başçısının özüdür. Sonuncu hadisədən sonra bunun əyani təsdiqini görmüş olduq”.
Seyid Camal qeyd edib ki, bu il Azərbaycanda İslam Həmrəyliyi ili elan edilib: "Bütün dünyanın gözünün Azərbaycanda olduğu bir dövrdə guya məscid söküntüsünün dövlət tərəfindən aparılması ilə bağlı avotaj yaradanlar öz məqsədlərini çatmayacaqlar”.
Şərqşünas açıqlamasında deyib ki, bəzilərinin Azərbaycanda dinlərarası, məzhəblərarası münasibətlərin pozulmasına zaman-zaman cəhd göstərdiyinin şahidiyik: “Çox narahatam ki, ölkəmizdə fəaliyyət göstərən məscidləri öz təsirlərində saxlamaqdan ötrü güclərini göstərmək istəyən ölkələr var. Lakin dövlət tərəfindən bu müdaxilələrin qarşısı alınıb”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv