Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
İDMAN

Azərbaycanlılar getmədikləri oyuna bilet alır –Ürəksızladan dəstək

<b>Azərbaycanlılar getmədikləri oyuna bilet alır –Ürəksızladan dəstək</b>

Təbrizin “Traktorsazi” komandasının tərəfdarları sabahkı “Traktorsazi” – “İstiqlal” oyununda komandanın üçüncü rəsmi rəngi olan qaraya bürünməyi planlaşdırırlar.
Axar.az xəbər verir ki, bu addımla Azərbaycanda daşqınlar zamanı həyatını itirənlərin xatirəsi yad ediləcək.
Həmçinin yarışda biletlərin satışından əldə olunan gəlirin daşqından əziyyət çəkənlərə sərf ediləcəyini eşidən vətəndaşlar artıq “Traktorsazi”nin kampaniyasına ciddi dəstək verirlər. Hətta futbol matçına gedə bilməyənlər də biletlər alırlar.
Qeyd edək ki, dünən öz İnstaqram səhifəsində “Traktorsazi” klubunun icraçı direktoru Mustafa Acerlu cüma axşamı Təbrizdə oynanılacaq “Traktorsazi”-“İstiqlal” oyunundan əldə olunan gəlirlərin sel və daşqından zərər çəkən şəxslərə sərf ediləcəyini bildirmişdi.
Aprelin 14-də Azərbaycan vilayətinin bir çox şəhərlərində fəlakətli daşqınlar qeydə alınıb. Ən dəhşətli vəziyyət isə Azərşəhr, Əcəbşir, Sarab, Marağa, Urmiya bölgələrində yaşanıb. Daşqınlar nəticəsində 49 azərbaycanlı dünyasını dəyişib.
İran mərkəzi hakimiyyətinin biganəliyi və bu faciə ilə bağlı matəm elan etməməsi yerli sakinlərə üzücü təsir edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv