Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
MƏDƏNİYYƏT

Xalq artisti vəfat etdi

<b>Xalq artisti vəfat etdi</b>

Xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabov vəfat edib

Bu barədə APA-ya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.
Dəfn yeri və vida mərasiminin keçiriləcəyi yer dəqiqləşdirilir.
Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.
"Şöhrət" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.
Ramiz Zöhrabovun oğlu rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var idi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv