Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“İslam həmrəyliyi dünyaya sülhü təlqin edir”

<b>“İslam həmrəyliyi dünyaya sülhü təlqin edir”</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirlərini uğurla davam etdirir. Birlikdən verilən məlumata görə, növbəti dəfə Bakıda fəaliyyət göstərən ictimai fəal xanımlarla görüş keçirilib

Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə 2017 –cı ili “İslam Həmrəyliyi ili” elan edilməsi çox əlamətdar hadisədir: “Azərbaycanın tolerant ənənələri ilə dünyada tanınması və bu il “İslam Həmrəyliyi ili” kimi elan olunması milli və mənəvi dəyərlərimizin birbaşa dövlət başçısı tərəfindən himayə olunmasına bir daha əyani sübutdur. Bu həmçinin ölkəmizdə İslam həmrəyliyinin qorunması sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir. Həmrəylik mədəniyyətlərin və sivilizasiyaların dialoqunun ən yüksək zirvəsi kimi qəbul olunur və Azərbaycan bunu dünyaya bir daha bəyan etmiş oldu”. S.Əzimbəyli qeyd edib ki, islam həmrəyliyi dünyaya sülh və barışı təlqin edir: “Elə bu baxımdan birlik və bərabərliyimizin qorunmasında İslam peyğəmbəri Hz.Mühammədin (s.a.s) əxlaq nümunəsi hər birimizə ibrət olmalıdır”.
Tədbirin sonunda mübarək şəhidlərinin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv