Son xəbərlər
27 İYUL
26 İYUL
25 İYUL
MEDİA

SƏNƏT və ƏDAVƏT

<font color=red><b> SƏNƏT və ƏDAVƏT</b></font>


1982-ci ildə İrəvanda ixtisasartırma kursunda olarkən bizi Matenadaran muzeyinə və “soyqırım” abidəsinə ekskursiyaya apardılar. Məhz elə SSRİ-nin çiçəkləndiyi, necə deyərlər büro-büro dövründə - ötən əsrin 60-cı illərinin ortalarından “soyqıqırm” iddasıyla dünyaya haray-həşir salan ermənilər Azərbaycanın qədim şəhəri İrəvanda bu Memorial Kompleksi yararatmaqla qarşısıalınmaz məkrli missiyaya rəvac verdilər. 1965-ci il aprelin 23-də uydurma “erməni soyqırımı”nın 50 illiyi Ermənistanda qeyd edilməsi soydaşlarımızın yenidən öz ata-baba torpaqlarında sıxışdırılmasına güclü təkan verdi.
Bəli, 52 il əvvəl əsası qoyulan Memorial Kompleks hiyləgər erməni siyasətçilərinin uzaqgörənliyi, antitürk təbliğatının bariz təcəssümü, Avropa və Amerikada himayədar qoıtuğuna sığınmaq üçün AÇAR-KART və gələcəkdə "əldə edəcəkləri qələbələrin" qarantı oldu. Memorial Kompleksdə müəyyən pauzalarla qəmli müsiqi səsləndirilir. Aradan 35 il keçir, indi həmin musiqini xatırlayanda istər-istəməz yadıma Cəlil Məmmədquluzadənin "Kamança" əsəri düşür...
1920-ci ildə Şuşada qələmə aldığı “Kamança” əsərində erməni Baxşının çaldığı dərdli-yanıqlı təranələr türkoğlu Qəhrəman yüzbaşının içindəki intiqam, QİSAS alovlarını söndürürüb, ürəyini yumşaltdığı kimi, uydurma erməni soyqırım memorial kompleks abidəsinin önündə baş əyən xristian, eləcə də bəzi müsəlman (yeri gəlmişkən, Livan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidi) dövlət başçılarının, baş nazirlərinin, diplomatlarının qəlbində həmin QƏMLİ musiqi “əzabkeş” ermənilərin “halına” yazığı gəlmək, rəhm etmək hissləri aşılıyır...
“Kamança”da Şirzadı öldürən Vartanın törəməsi, Xankəndində dünyaya gələn Zori Balayan “Ocaq” kitabı iki xalq arasında ocaq qaladı. Bu ocaq Mirzə Cəlinin 60 il öncə “Kamança” ilə söndürdüyü ədavət ocağı idi.
Mirzə Cəlilin “Kamança”sından 72 il sonra Xocalıdakı soyqırımı bəlkə Qəhrəman yüzbaşının illər öncə güzəşt ediyi erməni Baxşının nəvə-nəticələriydi törədən?! Çünki “Kamança” əsərində müəllif şəhid anası Zeynəbin dili ilə erməni Başıya belə deyir və bizlərə xəbərdarlıq edirdi ki: “ Vallah, fürsət tapsan sən də haman müsəlman qanına yerikləyən ermənilərin birisən!”
Amma Xocalıya qədər ermənilər hər il aprelin 23-24-də Azərbaycan türklərini öldürmək üçün fürsət axtarırdılar. Və biz Zeynəb ANAnın o müdrik xəbərdarlığını kamançaya, saza, zurnaya, balabana, qaboya qulaq asa-asa qulaqardı elədik.1967-ci ilin aprelində Xankəndidə bir neçə azərbaycanlını qətlə yetirilməsi faktı belə başbilənlərimiz ört-basdır elədilər.
Erməni qəddarlığına qarşı kini-kudurəti dayandıran, Qəhrəman yüzbaşının qəlbində humanist duyğular yaradan “Kamança”nın yazıldığından bu gün 97 il ötür. Deyirəm, xalqımız son zamanlar musiqiyə –xüsusilə, muğama çox qulaq asır. Telekanallar, radiolar səslənən nəğmələr erməninin DAĞ basdığı yaralı ruhumuza güya məlhəm qoyur, bizə bəşəri sevginin ləzzətini dadızdırırş Doğurdanmı, sənət ədavəti ortadan qaldırır? Yaxşı, əgər beləsə niyə onda adına sənət dediyimiz DÜNYANIN gözəl MUSİQİ nümunələri erməninin, ATƏT-in Minsk qrupunun (fransız-rus-amerkalı) həmsədrinin qəlbində humanist duyğuları oyadıb, ayağa qaldırmır?

Nurədddin ƏDİLOĞLU









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv