Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Səfirimiz sorğu-sual ediləcək - YUNESKO seçkisi

<b>Səfirimiz sorğu-sual ediləcək - YUNESKO seçkisi</b>

YUNESKO-nun baş direktoru vəzifəsinə namizədlər aprelin 26-27-də müsahibə mərhələsindən keçəcək

APA-nın məlumatına görə, təşkilatın Parisdəki İcraiyyə Şurasında keçiriləcək müsahibə mərhələsinə almaniyalı Maykl Vorbs sədrlik edəcək.
Qeyd edək ki, ötən ay baş direktor postuna doqquz namizədin adı açıqlanıb. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da var. Digər namizədlər Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransanı təmsil edir.
YUNESKO-nun baş direktoru İcraiyyə Şurasının təqdimatı əsasında Baş konfrans tərəfindən təyin olunur.
Bütün namizədlər aprelin 26-27-də İcraiyyə Şurasının 201-ci sessiyası zamanı müsahibə mərhələsindən keçəcək. Bu ilin oktyabrında Şuranın 202-ci sessiyası zamanı gizli səsvermə keçiriləcək. Yekun qərar bu ilin noyabrında YUNESKO-nun 39-cu Baş konfransında veriləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv