Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
MEDİA

Zaxarova Azərbaycan mediasını niyə təhqir etdi?

<b>Zaxarova Azərbaycan mediasını niyə təhqir etdi?</b>

Rusiya XIN-nin mətbuat katibi Mariya Zaxarova Azərbaycan saytlarından birində hansısa yazını əlində bayraq edərək bütün mediamızı təhqir edib

Mariya Zaxarova mediamızın ünvanına “qaba” ifadəsini 5-6 dəfə təkrarlayıb. Mariya Zaxarova nəinki bir neçə dəfə təhqirlərini təkrarlayıb, Azərbaycanı şantaj etməkdən də çəkinməyib.
Bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu ötən gün APA-nın Moskva müxbirinin Rusiya XİN sözçüsünə verddiyi sualın cavabında M.Zaxarovanın səsləndirdiyi təhqiramiz ifadələri şərh edərkən deyib. E.Şahinoğlu bildirib ki, əslində, Zaxarova suala cavab verə bilmədiyi üçün mediamızı təhqir edib:
“Görünür, Zaxarovaya o toxunub ki, Azərbaycan mediası Rusiyanın iki vətəndaşına Moskvanın fərqli münasibətindən yazıb. Necə olur ki, Moskva Rusiya vətəndaşı olan Lapşinin azad olunması üçün dəridən-qabıqdan çıxır, ancaq separatçıların əsarətində olan Dilqəm Əsgərovun azad olunması üçün heç nə etmir? Bu açıq-aşkar ikili standartdır. Hazırcavab Zaxarovanın bu suala cavabı olmadığı üçün mediamızı təhqir edir”.
Politoloq bildirib ki, bu təhqirin cavabı XİN sözçüsü Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov səviyyəsində cavabını almalıdır:
“Azərbaycan mediasını ünvansız olaraq təhqir edirlər, “qaba” adlandırırlar, kimsə Zaxarovaya cavab verməyəcəkmi? Bizi təhqir edənlər Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirərlərmi?”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv