Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

“İncə dərəsi“ romanı çapdan çıxıb

<b>“İncə dərəsi“ romanı çapdan çıxıb</b>

Yazıçı-publisist İlham Əliyevin növbəti romanı çapdan çıxıb

Çağdaş ədəbiyyatımıza daxil olan "İncə dərəsi" kitabı müəllifin yaradıcı təxəyyülünün məhsulu olaraq maraqlı süjet əsasında qələmə alınıb.
Müəllif əsərdə Azərbaycanın əsrarəngiz, füsunkar təbiətini bədii təsvir və ifadə vasitələrinin köməyi ilə qələmə alaraq möcüzələrlə dolu gözəlliyi özünəməxsus dəsti-xətlə təqdim edir, Azərbaycan torpağının zənginliyinin içində boya-başa çatan insanların mənəvi-əxlaqi dəyərləri, adət-ənələri bədiiləşdirərək maraqlı tərzdə oxucularının ixtiyarına verib.
İ.Əliyev əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyan "İncə dərəsi" romanında qəhrəmanlarının keçdiyi yolu, onların arzu və düşüncələrini, xəyallarını ifadə etməklə yanaşı, təzadlı, ziddiyyətli zamanda rast gəldikləri çətinlikləri də oxuculara təqdim edir. Müəllifin özünəməxsus düşüncə tərzinə malik olan qəhrəmanlarına həssaslıqla yanaşması, hər fərdin insani tərəflərini, mənfi və müsbət cəhətlərini üzə çıxarması oxucuda hər bir obraza qarşı maraq hissini artırır. Romanı vahid süjet xətt üzrə davam etdirən İ.Əliyevin iki xalqı təmsil edən qəhrəmanları müxtəlif cəmiyyətdə yaşayan, müxtəlif dünya görüşünə malikdirlər və onları qarşılaşdırdığı səhnələrdə fərdi keyfiyyət və düşücələri üzə çıxır.
İstənilən situasiyada əsərin qəhrəmanları olan Əfqan, Xalid, Vahid, Əsnad, Amandina və başqalarını öz xarakterlərinə uyğun canlandırmaqla cərəyan edən hadisələr fonunda məqsəd və düşüncələrinin ifadəsinə çalışır. Romanın əvvəlində cərəyan edən hadisələr və onların dərinləşəsi sonda açılmağa başlayır.
İnanırıq ki, "İncə dərəsi" romanı incə zövlü, duyumlu kitabsevərlərin stlüstü kitağbına çeriləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv