Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Musa Yaqubun yeni kitabı – “İndi bildim nağıldı...”

<b>Musa Yaqubun yeni kitabı – “İndi bildim nağıldı...”</b>

Azərbaycanın görkəmli şairi Musa Yaqubun 80 illik yubileyi ərəfəsində “İndi bildim nağıldı...” kitabı işıq üzü görüb

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə nəşr olunan kitaba şairin müxtəlif mövzularda 400-dən artıq şeiri və iki poeması daxil edilib. Kitab Elxan Süleymanovun ön sözü ilə açılır. On iki bölümə ayrılmış kitabda şairin yeni əsərləri ilə yanaşı, çoxumuz üçün uşaqlıqdan tanış olan məşhur şeirləri də yer alıb. Bölümlərin hər biri xüsusi olaraq kitab üçün çəkilmiş illüstrasiyalarla başlanır. Kitabda həmçinin Musa Yaqubun geniş müsahibəsi də dərc olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab əməkdar jurnalist Fuad Babayevin rəhbərliyi ilə “1905.az STUDİO”da nəşrə hazırlanıb, tərtibçi Nəzirməmməd Zöhrablı, məsul redaktor Gündüz Nəsibovdur.
Mayın 3-də saat 19.00-da Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə Musa Yaqubun 80 illik yubileyi münasibətilə keçiriləcək təntənəli tədbirdə “İndi bildim nağıldı...” kitabı da təqdim olunacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv