Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
İDMAN

Karateçilər vətənə medalla döndülər

<b>Karateçilər vətənə medalla döndülər </b>

Ukraynanın Odessa şəhərində karate üzrə dünya kuboku yarışları keçirilib

“Samuray” klubunun yetirmələri turnirdə 7 nəfərlik heyətlə çıxış edib və yarışları 12 medalla başa vurublar. Dünya kubokunda karateçimiz Marat Semixov irigumi ju versiyasi üzrə 6 yaşlı idmançılar arasında 23 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. M.Semixov 7 yaşlı idmançıların yarışında irigumi ju və şotokan versiyaları üzrə gümüş medal qazanıb. Məhyəddin Cəfərli (25 kq) 6-7 yaşlı idmançılar arasında şotokan versiyası üzrə üçüncü olub. 8-9 yaşlı idmançıların mübarizəsində Kamil Kərimli (37 kq-dan yuxarı) irigumi ju yarışlarında gümüş, şotokanda isə bürünc medal qazanıb.
10-11 yaşlı karateçilərin şotokan versiyası üzrə yarışlarını Tamerlan Kərimli üçüncü pillədə başa vurub. Alika Semixova 14-15 yaşlı qızların şotokan versiyasında 53 kiloqramda üçüncü, 16-17 yaşlıların mübarizəsində 59 kiloqramda isə ikinci yeri tutub.
On səkkiz yaşdan yuxarı karateçilərin şotokan versiyası üzrə yarışlarında Cəlil Rzayev gümüş, Orxan Əliyev (hər ikisi 60 kq) isə bürünc medal qazanıblar. İrugumi ju versiyasi üzrə 63 kiloqram çəki dərəcəsində mübarizə aparan O.Əliyev dünya kubokunu üçüncü pillədə başa vurub. Karateçilərimiz yarışda məşqçi Elmin İsayevin rəhbərliyi altında mübarizə aparıblar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv