Son xəbərlər
27 İYUL
26 İYUL
25 İYUL
QHT XƏBƏR

Niyaməddin Orduxanlı Acıq Hökümətin Təşviqinə dair Platformaya qəbul edilib

<font color=red><b>Niyaməddin Orduxanlı Acıq Hökümətin Təşviqinə dair Platformaya qəbul edilib </b></font>

Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. Bununla bağlı Baymedia.az saytına acıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, platformanın koordinatoru Əliməmməd Nuriyev görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, son bir ay ərzində Platforma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans keçirib. Konfransda strateji yol xəritələrinin icrası, monitorinqi məsələlərində vətəndaş cəmiyyətinin baxışı, təklifləri səslənib: “ Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıc kimi qiymətləndirilib. Sənəd çərçivəsində islahat proseslərinə dəstək vacibdir. Strateji yol xəritələri ilə bağlı birgə tədbilər davam etdiriləcək. Bu müzakirələr peşəkar xarakter daşıyacaq və konkret mövzularla həsr olunacaq. Ə.Nuriyev Platforamnın növbəti görüşünün Vergilər Nazirliyinin rəhbərliyi ilə keçiriləcəyini və tədbirin təşkili üçün müvafiq hazırlıqlar görüldüyü barədə məlumat verdi. May ayının ikinci yarısında Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinin Bakıya səfər edəcəyini xatırladan Ə.Nuriyev Platforma üzvləri ilə də görüş keçirilməsinin nəzərdə tutulduğunu bildirdi.”

Toplantıda Platformaya yeni üzvlüklə bağlı müraciətlərə baxıldığını deyən QHT sədri Niyaməddin Orduxanlı “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, “Gənc Vətəndaş” Maarifləndirmə İB, "Bələdiyyələrin İnkişafına Yardım” İB Platformaya üzv qəbul olunduğunu bildirib: “İclasda. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vətəndaş cəmiyyəti təşkilatlarını narahat edən məsələlərin həlli bağlı görülən işlər barədə məlumat verdi. Platforma üzvləri Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Əhməd Abbasbəyli, İsrail İsgəndərov, Qadir İbrahimli və digərləri təkliflər səsləndirdilər.”


photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv