Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
18 SENTYABR
HADİSƏ

Uşaqlıq illərimin Şuşası

<font color=red><b>Uşaqlıq illərimin Şuşası</b></font>

Arzu Şirinova

Uşaq vaxtı yay fəslinin gəlişini səbirsizliklə gözləyərdim. Çünki bilirdim ki, bu yay da babam bizi ya Kəlbəcərə, ya da Şuşaya istirahətə aparacaq. Azərbaycanın hər iki dilbər guşəsinə ayaq basar-basmaz sözlə ifadəsi mümkünsüz olan təbiətlə qarşılaşırdım. Bir tərəfdə başı qarlı dağlar, dumanlı-çiskinli meşələr, digər tərəfdə yağışdan sonra göyün üzünü bəzəyən göy qurşağı, açılan güllər, çiçəklər, yaşıl otların arasından boy göstərən lalələr gözlərimi oxşıyırdı. Babamın gəlişini eşidib olduğumuz evə gələn şuşalılar maraqlı söhbətlər edərdidər. Babam da həmin söhbətləri dinləyib qeydlər aparardı. Sonralar həmin qeydlərə onun əsərlərində rast gələrdim...
...Bir dəfə ailəlikcə Cıdır Düzünə getdik. Bizdən bir qədər aralıda 8-9 yaşlı oğlan uşağının gözəl səslə oxumağını görən babam ayaq saxladı. Diqqətlə qulaq asdı. Uşaq musiqini bitirən kimi onu yanına çağırdı. Əyilib üzündən öpdü və "əhsən sənə, gələcəyin Xanısan" deyib, kürəyinə vurdu. Uşaq isə "bizim Şuşada mənim kimi oxuyanlar çoxdur" sözlərilə babamın lap hörmətini qazandı.
Axşam bir də gördük Cıdır Düzündə görüdüyümüz uşaq əlində yekə bir zənbil həyət qapısını döyür. Qapını açan kimi içəri keçib zənbili masanın üstünə qoydu və açmağa başladı:"Bax bu təzə yağla şordu, bu qaymaqdı, bu da baldı".
Bu yaşıma çatmışam həmin nemətlərin dadını hələ də unutmamışam. Həinki həmin nemətlərin, gəzdiyim dağların, dərələrin, meşələrin gözəlliyi yaddaşıma həkk olunub. Doğma Qubadlım kimi Şuşadan da qəribsəmişəm. Bu mənim uşaqlıq xatirələrimə kiçik bir səyahət idi. Ancaq bu xatirələrimi yenidən vərəqləmək üçün bir gün Şuşaya dönəcəyimə inanmaq istərdim. Bu istəyimin isə ömrü bitmir ki, bitmir...
...Bu gün Şuşanın işğal günüdür. Yenə də boğazdan yuxarı sözlər deyəcəyik: "Şuşa başımızın tacıdır", "Şuşa qeyrətimiz, namusumuzdur", "Şuşa qürur bənbəyimizdir" və s. Mənim isə gəldiyim qənaət budur - tacın qiymətini bilən onu başından çıxarmaz, deməli Şuşa 22 ildir işğal altında olduğu üçün başımızın tacı deyil. Qeyrəti, namusu qoruyarlar və yaxud qeyrətin, namusun əldən gedibsə bu yolda öldürməli, ölməlisən. İnsan olan bəndə qürurunun alçaldılmasına dözməməlidir. Biz isə qürurumuz alçala-alçala dözürük. Görün nə vəziyyət yaranıbsa, dörd il bundan əvvəl ermənilərin katalikosu ikinci Qaragin Bakıya gələndə Şuşadakı məscidin bərpa olunacağı vədini verdi, biz isə az qala ona təşəkkür elədik. Sonra isə dedik ki, məscidin bərpa olunmasında yaxşı olar azərbaycanlı mütəxəssis də iştirak etsin. Biz bu arzudansa, deməliydik ki, Şuşanı azad edib məscidimizin təmirinə özümüz başlayacağıq.
Deyə bilmədik, çünki fikirləşdik ki, qonaqpərvərliyimizə xələl gələ bilər. Və ikinci Qaragin bizdən incik gedər.
Sonra da Qərbin, Avropanın qınağına tuş gələrik. Deyərlər ki, sivil ölkə deyirlər...
...Qərb və Avropa standartlarına cavab verməyə cəhd göstərə-göstərə hələ də torpaqlarımız işğal altındadır. Bəlkə bundan belə Qərbin və Avropanın başqa standartlarına-torpaqları uğrunda ayağa qaxıb vuruşan və qalib gələn ölkə-cavab vermək haqqında düşünək? Bu standartlara əməl etməsək, daha bir 22 ili qeyd etməli olacağıq.
08.05.2014









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv