Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MEDİA

Qazaxıstanda “Türk dünyası və İnformasiya fəzası” Media forumu keçirilir

<b>Qazaxıstanda “Türk dünyası və İnformasiya fəzası” Media forumu keçirilir</b>

Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumu keçirilir

Qazaxıstan dan BayMedia.az-a verilən məlumata görə, forumun ilk günü iştirakçıların “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarəti ilə başlayıb.
Cənubi Qazaxıstan vilayəti akimliyi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türküstan şəhərində işinə başlayan forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən çoxlu sayda media nümayəndəsi iştirak edir.
İki gün davam edəcək Forumun əsas məqsədi Türk dünyasında ortaq informasiya fəzasının formalaşdırılması məsələlərini müzakirə etməkdir. Forumun ilk günü iştirakçılar TÜRKSOY-un təşəbbüsü ilə Şəki şəhərindən sonra “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın maddi mədəniyyət nümunələri və tarixi abidələri ilə tanış olublar. Çimkənt şəhərinin görməli yerləri, Xoca Əhməd Yəsəvinin doğulduğu Sayram qəsəbəsi, tarixi Otrar şəhərinin qalıntıları, Arslan Baba türbəsi ziyarət edilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kadırali qeyd edib ki, bundan 150 il əvvəl İsmayıl Qaspralı “Tərcüman” qəzetini çıxararq Türk dünyasında ortaq informasiya məkanının formalaşdırılması istiqamətində tarixi bir addım atıb. O zaman qəzeti oxuyan hər kəs ortaq ideallarla böyüdü və türk dünyasında aydınlar, oxucular və ziyalıların birliyi yaranmağa başladı. Bizim də məqsədimiz Türk dünyasına xidmərt edən, bu məqsədin daşıyıcıları olan və onun təbliğatını aparan jurnalistləri bir araya gətirərək, ortaq məqamları və bizi düşündürən məsələri müzakirə etməkdir.
Akademiya prezidentinin sözlərinə görə, bu fəaliyyət Türk Şurası dövlət başçılarının sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə ortaq televiziya və vahid informasiya məkanı yaradılması ilə bağlı tapşırıqlar verilməsindən irəli gəlir. Bununla bağlı artıq Türk Şurası da müəyyən fəaliyyət həyata keçirir. Akademiya isə bu prosesin elmi və praktik tərəflərini müzakirə etmək üçün jurnalistləri bir araya gətirmək təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, “işdə, əməldə və fikirdə birlik” ideyası altında keçirilən Forum çərçivəsində Beynəlxalq Türk Akademiyasının media mükafatının təqdim olunması da nəzərdə tutulur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv