Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

Ərəbistan Bakıda ziyafət verdi

<b>Ərəbistan Bakıda ziyafət verdi</b>

Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi Bakıda İslam Həmrəyliyi Oyunlarında iştirak edən Səudiyyə Ərəbistanı idmançılarının şərəfinə ziyafət təşkil edib

APA-nın məlumatına görə, mərasimə İslamiadada iştirak edən idmançılar, o cümlədən xarici ölkələrin Azərbaycandakı diplomatik korpusunun nümayəndələri və digər qonaqlar qatılıb.
Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi prezidentinin müavini, şəhzadə Əldüblhəkim Əl Səud bildirib ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının həmrəyliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, bu oyunlar idman vasitəsilə müxtəlif müsəlman ölkələrini bir araya gətirib onları bu yarışlar ətrafında birləşdirir: “Azərbaycan Bakı 2017-ni çox gözəl təşkil edib. Biz öz növbəmizdə Azərbaycana təşəkkür edirik. Belə yüksək səviyyədə təşkilatılıq İslam həmrəyliyi uğrunda bir addım sayılır. Düşünürük ki, bu cür oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi idman sahəsində də genişləndirəcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv