Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

“Qurdlar vadisi“nin məşhur aktyoru öldü

<b>“Qurdlar vadisi“nin məşhur aktyoru öldü</b>

Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu vəfat edib

Report xəbər verir ki, qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Payidar Tüfekçioğlu 1962-ci ildə İzmirdə anadan olub. Teatr tamaşalarında rol almaq və filmlərə çəkilməklə bərabər xarici ekran əsərlərinin türk dilində səsləndirməsi ilə də məşğul olub. O, Hollivud filmlərinin tanınmış aktyorlarının türkcə dublajlarını edib. P.Tüfekçioğlu Afife Teatr Mükafatlarının "Ən yaxşı kişi aktyor" ve Avni Dilligil "Ən yaxşı kişi aktyor" mükafatlarına layiq görülüb.
O, "Hünkarın bir günü", "Qurdlar Vadisi Pusu", "Naciyəni kim sevməz", "Ölümsüz eşq", "Əcayib hekayələr", "Sudan bezmiş balıqlar", "Yunus Əmrə - eşq yolçuluğu" kimi seriallarda rol alıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv