Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
İDMAN

Bakıda 5 qızıl qazandı, Almaniyada 11-ci oldu

<b>Bakıda 5 qızıl qazandı, Almaniyada 11-ci oldu</b>

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Almaniyanın Münhen şəhərində keçirilən yarışda ilk çıxışını başa vurub

Azvision.az-ın məlumatına görə, Lunyov ilk olaraq 25 metrdən hədəfə sürətli atəş açmaqda qüvvəsini sınayıb. Atıcımız təsnifat mərhələlərində 60 snayper arasında 11-ci pilləni tutub. Təmsilçimiz final mərhələsinə yüksələ bilməyib.
Bu gün Lunyov 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışında özünü sınayacaq.
Yarış mayın 24-dək davam edəcək.
Qeyd edək ki, Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarında güllə atıcılığı yarışlarında 5 qızıl medal qazanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv