Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
İDMAN

İslamiada başa çatdı: Azərbaycanın medalları

<b>İslamiada başa çatdı: Azərbaycanın medalları</b>

Azərbaycanın uşu üzrə milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurub

Report-un məlumatına görə, bu növ üzrə heç bir idmançı qızıl medal qazana bilməyib. Elçin Eminov (56 kq) finalda iranlı Mahdi Mohammadiyə, Bayram Şəmmədov (65 kq) Farud Zəfəriyə, Vüqar Kərəmov (70 kq) isə Səid Faziliyə uduzub. Bürünc medalları isə Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) əldə edib.
Bu gün daha bir gümüş medala stolüstü tennis üzrə qadınlardan ibarət komanda sahib olub. Bu dəfə də qızıl medalı qazanmağa İran mane olub.
Beləliklə, Azərbaycan idmançıları İslamiadadakı çıxışlarını 75 qızıl, 50 gümüş və 36 bürünc olmaqla, 161 medalla başa vurublar. Medal əyarında təşkilatçı ölkə birinci yeri tutub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv