Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
QHT XƏBƏR

Siyəzən gənclərinə milli-mənəvi dəyərlərimiz aşılandı

<b>Siyəzən gənclərinə milli-mənəvi dəyərlərimiz aşılandı</b>

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı növbəti tədbirini Siyəzən rayonunda keçirib.
Siyəzən rayonunda Gənclər Mərkəzində yuxarı sinif şagirdlərin iştirakı ilə keçirilən tədbirdə ADİİM sədri Cavid Şahverdiyev bildirib ki, xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur. Milli ruhumuzu və mənəvi dəyərlərimizi bütün çalarları ilə özündə əks etdirən şifahi ədəbiyyatımızı-dastanlarımızı, nağıllarımızı, bayatılarımızı, laylalarımızı və s. toplayıb çap etdirmək, onlara yeni həyat vermək, təbliğ etmək ən böyük xeyirxahlıqdır, vətəndaşlıq borcudur.
C.Şahverdiyev qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bir sıra mühüm vəzifələr həyata keçirilməyə başladı. Bu zəmində əldə edən nailiyyətlər milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafinı və inteqrasiyasını təmin etməyə yönəldildi.
Bu dəyərlərin cəmiyyətə catdırılması, təbliğ olunması istiqamətində ziyalıların, ilk növbədə təhsil işçilərinin üzərinə mühüm vəzifələr düşür: ““Xalqımızın mənəviyyatını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Gənclərimizi düzgün istiqamətə yönəltmək, mənəvi tərbiyə aşılamaq, onları vətənpərvər ruhda tərbiyə etmək biz pedaqoqların üzərinə düşən başlıca vəzifələrdəndir. Çünki vətənpərvərlik bizim qan yaddaşımızdır. Bu gün bəzi radikal-dini qüvvələr ölkədə sabitliyi pozmaq və mənəvi dəyərlərin aşılanmasına nail olmaq üçün özlərinin ideoloji məqsədlərini həyata keçirməyə çalışır, gənclər arasında dini zorakılığı təbliğ edirlər. Bunun qarşısını almaq üçün ən effektiv mübarizə yolu elmin və təhsilin rolunu yüksəltmək və maarifçilik missiyasını genişləndirməkdir”.
Gənclər və İdman idarəsinin rəis müavini Vüsal Alışov bildirib ki, belə tədbirlər gənc nəslin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin qüvvə və bacarıqlarının dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına istiqamətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Siyəzən rayon Gənclər və İdman idarəsinin rəsmiləri, müəllimlər və valideynlər də iştirak ediblər.
Sonda tədbir iştirakçılarına ADİİM-in layihə ilə bağlı çap etdirdiyi bukletlər paylanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv