Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi icra edilir

<b>“Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi icra edilir</b>

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsinin icrasına başlayıb. Bu barədə ictimai birlikdən məlumat verilib.
Məlumatda qeyd edilir ki, layihə çərçivəsində ilk olaraq ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda bilik və məlumatlarını, araşdırma bacarıqlarını artırmaq üçün “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak” mövzusunda təlim keçirilib. Təlim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçirilib. Keçirilmiş təlimdə 20-dən artıq gənc iştirak edib. Burada gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə statuslarla çıxış etmək qaydaları və üsulları izah edilib. Təlimi uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış”, “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzularında təlimlər keçiriləcək, “Yenimedia.press” saytı Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənmək üçün domen və hostinqi yenilənəcək, həmçinin layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materialların toplandığı kitabça çap ediləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv